Xalq təbabəti haqqında

 

NORMAL QİDALANMA

Bəzi xəstəliklərin müalicəsi

Gigiyena məqsədilə açıq yaraları sarımsaqlı sirkə ilə yumaq olar. Bu məqsədilə 30q sarımsağı xırdalayaraq 0.5L sirkədə 10 gün saxlayır, sonra istifadə edirlər. Davamı

Ağız, dil, diş ağrıları. Dil ağırlaşarsa büllür, sirkə və duzu zə”fəran, sürmə və naşatırla birgə döyür, bal ilə qatıb ona sürtürlər; bu zaman həmçinin çiy kələmi çeynəmək xeyir verir. Kəklikotunu xardalda qaynadıb qarqara etmək dilin ağırlaşması və keyləşməsinə qarşı çox yaxşı tə”sir edir. Davamı

Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Davamı

Böyrək bədənin mühüm orqanlarından biridir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Ta qədimdən, təbiblər onun sağlamlığının qorunması haqqında düşümüşlər Davamı

Çibanı olanlar əvvəlcə abqora aşı yeməlidir. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı tədbirləri görürlər: arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılamsına və çirkin çıxmasına kömək göstərir; Davamı

Üzərinə şəkər səpilmiş quşüzümünü səhər-səhər acqarına yedikdə iştaha açılır . Iştaha yaratmaq baxımından istər göy, istərsə də baş sarımsaq yaxşıdır. Qırmızı turp iştahanı açsa da bir qədər ağır həzm olunur, onu təklikdə, yaxud başqa göyərti və tərəvəzlə işlətmək məsləhətdir. Davamı

Öd kisəsinin xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması, ürək bulanma və qızdırma ilə nəticələnir. Xəstəlik zamanı ilk növbədə istirahət etmək, sadə və sulu xörəklər işlətmək lazımdır. Davamı

Öskürək müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bə”zən yarımçıq halda olur. Bronxitdən olan öskürək əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir. Davamı

Orta əsr təbabətinə görə şəkər xəstəliyinin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə”sir göstərir. Davamı


Ürək dərmanları. Nəbzin pozulması heç də ürəyin xəstə olması demək deyildir. Müxtəlif hallardan, əksər hallarda isə əsəblikdən baş verən ürək narahatlıqlarını vaxtında müalicə etmək olar. Ürəkdə narahatlıq hiss olunarsa, hər şeydən qabaq düzgün qidalanmaq, az-az və tez-tez yemək məsləhətdir.
Davamı

Kəklikotu
İstifadəsinə göstəriş:
Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində təyin edilir.
Əks göstəriş:
Hamiləlik, ürək fəaliyyətinin dekompensasiyası, kəskin böyrək və qaraciyər xəstəliklərində preparatın qəbulu məsləhət deyil.
İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir

 

Мisir alimləri qriP xəstəliynə qarşı xalq təbabətini məsləhət görürlər.

Mütəxəssislər hesab edirləri ki,  limon şirəsi, soğan və sarımsaqdan istifadə qrip xəstəliyinin qarşısını almaqla ynaşı,onun başqa fəsadlar yaranmamasına da köməklik edir.


 
Misirli alimlər “ qrip” təhlükəsinə qarşı xalq təbabətindən istifadəyə tərəfdar çıxıblar. ANS PRESS, AMİ-TASS agentliyinə istinadən xəbər verir ki, misirli mütəxəssislər tərkibində təbii antibiotiklər olan ballı limon şirəsi, soğan və sarımsaqdan istifadəni təklif edirlər.
Misirli professor Səid Şalabi bildirib ki, yeni qripi profilaktikası üçün effektli metodlar olmadığı bir vaxtda xalq təbabətinin faydası mümkündür. Alim diqqəti bir məsələyə yönəldib ki. İsti havalarda virusun fəallığı azalır, payız-qış dövründə isə “qripə” yoluxma halları kəskin artır. Bununla yanaşı, soyuq fəsillərdə qrip virusunun mutasiyası və təhlükəli infeksiyanın yeni ştammının yaranması təhlükəsi çoxalər.

  Xalq təbabəti biliciləri!!!        Bildiyiniz dəqiq müalicəni bizə göndərsəniz bu səhifənin ən yaxşı bilicisi ola bilərsiniz. (istəsəniz ünvanınızı və telefonunuzu da dərc edərik)

  Ünvan: Daxil ol yaz  

Bizə yazırlar.