Jaluzi
Röyada taxta pəncərə pərdəsi – jaluzi görmək – yaxın vaxtlarda xeyirli bir xəbər alacağına, yaxud bir xəstəliyin carəsini bulub sağalacağınıza işarə sayılır.
Jandarma
Yuxuda jandarma görən adamı yaxın gələcəkdə böyük mübarizələr gözləyir və o, bu mübarizələrin sonunda qətiyyətli uğurlar qazanacaqdır.
Jambon (vetçina, donuz budu)
röyada jambon görmək və ya yemək – qərbli yuxu yozucularına görə, zənginliyə, var-dövlətə əlamət sayılır. Şərqin müsəlman yozucuları isə bu cür yuxuları xeyrə yozmur, uğursuzluq olaraq qəbul edirlər.
Jeton
Yaxşı pul qazanılacağına yozulur.
Juri
Röyada juri görmək – yaxın zamanda qələbəlik, bir bayram mərasiminin olacağına və röya sahibinin bu törəndə (mərasimdə) ön sıralarda bulunacağına yozulur
.