Analar
və qadınlar üçün tövsiyələr.
Bəzi xəstəliklərin müalicəsi
Ağ
ciyərin iltihabı zamanı sinə ağrılarını kəsmək üçün,
lavandanı qaynadıb suyunu içirlər. Bu zaman sinəyə nərgiz yağı
sürtmək də müsbət tə”sir göstərir. Gül yağını arpa horrası ilə qatıb
yemək iltihaba qarşı xeyirlidir.
Davam
Gigiyena məqsədilə
açıq yaraları
sarımsaqlı sirkə
ilə yumaq olar. Bu məqsədilə 30q sarımsağı xırdalayaraq 0.5L sirkədə
10 gün saxlayır, sonra istifadə edirlər.
Davamı
Ağız, dil, diş ağrıları.
Dil
ağırlaşarsa büllür, sirkə və duzu zə”fəran, sürmə və naşatırla birgə
döyür, bal ilə qatıb ona sürtürlər; bu zaman həmçinin çiy kələmi
çeynəmək xeyir verir. Kəklikotunu xardalda qaynadıb qarqara etmək
dilin ağırlaşması və keyləşməsinə qarşı çox yaxşı tə”sir edir.
Davamı
Əsəb narahatlığı
müxtəlif amillər və
səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas
şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin
müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb
zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas
adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Davamı
Böyrək bədənin
mühüm orqanlarından
biridir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa
orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Ta qədimdən,
təbiblər onun sağlamlığının qorunması haqqında düşümüşlər
Davamı
Çibanı olanlar
əvvəlcə abqora aşı
yeməlidir. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi
üçün aşağıdakı tədbirləri görürlər: arpa unundan xəmir düzəldib
çiban üzərinə qoyduqda təpitmə çibanın açılamsına və çirkin
çıxmasına kömək göstərir;
Davamı
Üzərinə şəkər səpilmiş
quşüzümünü səhər-səhər acqarına yedikdə
iştaha açılır.
Iştaha yaratmaq baxımından istər göy, istərsə də baş sarımsaq
yaxşıdır. Qırmızı turp iştahanı açsa da bir qədər ağır həzm olunur,
onu təklikdə, yaxud başqa göyərti və tərəvəzlə işlətmək məsləhətdir.Davamı
Öd kisəsinin
xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması,
ürək bulanma və qızdırma ilə nəticələnir. Xəstəlik zamanı ilk
növbədə istirahət etmək, sadə və sulu xörəklər işlətmək lazımdır.Davamı
Öskürək
müxtəlif olduğu kimi onun
səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bə”zən
yarımçıq halda olur. Bronxitdən olan öskürək əvvəlcə quru və qısa,
sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək
adətən uşaqlarda daha çox baş verir.
Davamı
Orta əsr təbabətinə görə
şəkər xəstəliyinin əsas
səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının
pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən
ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər
işlədilən adamlara bu xəstəlik tez tə”sir göstərir.
Davamı
Ürək dərmanları.
Nəbzin pozulması heç də ürəyin xəstə olması demək deyildir. Müxtəlif
hallardan, əksər hallarda isə əsəblikdən baş verən ürək
narahatlıqlarını vaxtında müalicə etmək olar. Ürəkdə narahatlıq hiss
olunarsa, hər şeydən qabaq düzgün qidalanmaq, az-az və tez-tez yemək
məsləhətdir.
Davamı
Baş ağrıları.
Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş
ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən
aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən
üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından
şikayətlənib.
Davamı
Kəklikotu
İstifadəsinə göstəriş:
Qarqara şəklində ağız boşluğunun və
udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa
bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə,
bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə
turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə
gedən mədə-bağırsaq xəstəliklərində təyin edilir.
Əks göstəriş:
Hamiləlik, ürək fəaliyyətinin
dekompensasiyası, kəskin böyrək və qaraciyər xəstəliklərində
preparatın qəbulu məsləhət deyil.
İstifadə
qaydası:
Bir xörək qaşığı xammalın üzərinə
100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında
dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə,
hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir
Мisir alimləri
qriP xəstəliynə
qarşı
xalq təbabətini məsləhət görürlər.
Mütəxəssislər
hesab edirləri ki, limon
şirəsi, soğan və sarımsaqdan
istifadə qrip xəstəliyinin
qarşısını almaqla ynaşı,onun başqa
fəsadlar yaranmamasına da köməklik
edir.
Misirli alimlər “ qrip”
təhlükəsinə qarşı xalq təbabətindən
istifadəyə tərəfdar çıxıblar. ANS
PRESS, AMİ-TASS agentliyinə
istinadən xəbər verir ki, misirli
mütəxəssislər tərkibində təbii
antibiotiklər olan ballı limon
şirəsi, soğan və sarımsaqdan
istifadəni təklif edirlər.
Misirli professor Səid Şalabi
bildirib ki, yeni qripi
profilaktikası üçün effektli
metodlar olmadığı bir vaxtda xalq
təbabətinin faydası mümkündür. Alim
diqqəti bir məsələyə yönəldib ki.
İsti havalarda virusun fəallığı
azalır, payız-qış dövründə isə
“qripə” yoluxma halları kəskin
artır. Bununla yanaşı, soyuq
fəsillərdə qrip virusunun mutasiyası
və təhlükəli infeksiyanın yeni
ştammının yaranması təhlükəsi
çoxalər.
İnsan beyninin sirlərindən biri
"Lancet"
bildirir ki, Oksford Univsersitetinin
nəzdindəki Con Redkliff klinikasında
aparılan araşdırmalar zamanı insan
beynində vücudun bioloji saatlarına
nəzarət edən bölgə xəstəliklərinin,
sutkanın hansı hissəsində fəallaşmaları
ilə yanaşı, orqanizmin xəstəliklərə
yoluxma risklərini öyrənməyə kömək edir.
İngilis alimlər hesab edirlər ki, risk
və xəstəliklərin bioloji saatlardan
asılılığı belədir:
Səhər saat 04.00 - Astma böhranı məhz bu
saatda fəallaşır
Səhər saat 6-10 arası - Ürəktutma və
iflic riskləri bu saatda 49 faiz artır.
Səhər saat 08 radələri - Allergiya
simptomları artır.
Səhər saat 09 radələri: Qan təzyiqi
artır, beyin damarları genişlənir,
miqren riski güclənir.
Saat 10 radələri - Revmatik ağrılar
artır.
Günorta saatları - Qrip infeksiyası bu
saatlarda güclənir.
Axşam saat 19 radələri - Mədə ağrıları
riski 71 faiz artır.
Gecə saat 23 rədələri - Hamilə
qadınlarda sancıların artması müşahidə
olunur
Xalq
təbabəti biliciləri!!!
Bildiyiniz
dəqiq müalicəni bizə
göndərsəniz
bu səhifənin ən yaxşı bilicisi ola bilərsiniz.(istəsəniz
ünvanınızı və telefonunuzu da dərc edərik)
Ünvan:
Daxil ol yaz
Bizə yazırlar.