MƏMLƏKƏTİMİZ

 

 
 

 www.azeritest.com       Azərbaycanın flora və faunası haqqında.

                                       Azərbaycanın florası
Azərbaycan R – in ərazisi 88.6 min km2-dir. Bu ərazi zəngin floraya malikdir (4200-dən çox ali sporlu və çiçəkli bitki növləri yayılmışdır). Növlərin ümumi sayına görə buradakı flora qardaş Zaqafqaziya respublikadakından çoxdur. Respublikamızda rast gələn bitki növləri 125 fəsilədə (Qafqazda 156) və 930 cinsdə (Qafqazda - 1286) birləşmişdir. Azərbaycan florası Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 %-ni təşkil edir. Azərbaycanda floranın zənginliyinə və rəngarəng bitki örtüyünün olmasına səbəb, onun fiziki coğrafi və təbii – tarixi şəraitinin uzaq floristik vilayətlərin təsirləri altında formalaşmış mürəkkəb flora tarixi ilə əlaqədardır. Respublikamızın üçüncü dövrə aid olan relikt cinsləri ilə də zəngindir ki, bunların da nümunələrinə respublikanın bütün zonalarında, xüsuilə Talış rayonu ərazisində daha çox rast gəlinir. Üçüncü dövr reliktlərinə dəmirağacı (Parrotia persica). Lənkəran akasiyası (Albizzia Julibrissin), şabalıd – yarpaq palıd (Quercus castaneifolia), azat (Zelkova hyrcana), şümşat (Hex hyrcana), danaya (Danae racemosa) və başqalarını göstərmək olar. VIII cildlik “Azərbaycan florası” əsərində respublikamızda 370-dən artıq endemik bitki növlərinin olduğu göstərilir. Cənubi Zaqafqaziya, xüsusilə Naxçıvan MR və Zuvand rayonları endem bitkilərin çoxillik ot nümunələri ilə daha çox zəngindir. Azərbaycan florasının tərkibində bütün real tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqır, kserofil, səhra, Qafqaz və adventiv tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri Talışda, boreal tipi Böyük və Kiçik Qafqazın yüksək dağ zonalarında, kserofil və Qafqaz tipləri respublikanın bütün rayonlarında, bozqır tipi Bozqır yaylası və Kür – Araz ovalığında daha geniş yayılmışdır. Səhra və adventiv areal tiplərinə isə respublikamızda az təsadüf edilir. Respublikanın Kür – Araz ovalığında, Xəzər ətrafı və başqa düzənliklərdə çoxlu miqdarda göl, gölməşələr, axmazlar və bataqlıq sahələri vardır ki, bunlarda da zəmgin bitki örtüyü inkişaf etmişdir. Su – bataqlıq bitkiliyi (çala) interezonal xarakter daşımaqla yarımsəhra bitkiliyi arasında ləkələr şəklində, tuqay meşələri arasında, böyük çayların, kanalların, limanların və axmazların kənarlarında rast gəlinir. Çay kənarlarında qarğı (Arundo donax), bataqlıq yerlərdə isə qamış Phragmites australis-ph. Communis, çəngəllikləri əmələ gəlir. Bəzi yerlərdə taxıl bitkisi nümunələri sıx, hündür (3 m-ə qədər) və çətin keçilən çəngəlliklər yaradırlar. Belə çəngəlliklərdə - Cynanchum acutum, Cressa cretica, Alopecurus myosuroides, çiyən (Typha), volfiya (Wolffia arrhiza), başqa növ bitkilərə çox təsadüf edilir. Burada savanna tipli hündür boylu marqus (Erianthus purpurascens) bitkisinə rast gəlinir. Kür – Araz ovalığındakı çala tipli bitkilərdə çayarlıq (Cynodon dactylon), biyanlıq (Glycirrhiza glabra) və lıqvər çəngəlliyi (Bolbischoenus maritimus) nisbətən geniş yayılmışdır. Lıqvər çəngəlliyi quruluşuna görə qarğı çəngəlliyini xatırladır. Qarabağ düzənliyində dəvəayağı (Limonium meyeri L. scoparium), süsən (Lris), qırxbuğum (Polygonum patulum), poruq (Stachys palystris), ağlarot (Lythrum salicaria) kimi bitki növlərinə tez – tez rast gəlinir. Şərqi Zaqafqaziyanın rütubətli şorakətli düzənliklərində - Halostachys caspica, Halocnemum strobilaceum, Salicornia europaea, Suaeda al tissima, Kalidium caspicum və başqaları geniş məskən salmışlar. Liman və axmazlarda (xüsusilə Dəvəçi limanında) ən çox çiyən (Typha angustifolia və Turha-nın başqa növləri) yayılmışdır.
Kür çayının aşağı hissəsindəki bəzi göl və kanallar üçün Xəzər şanagülləsi (Nelumbium alba), bataqlıq çiçəyi (Nymphoides peltatum), qovuqca (Ulticularia vulgaris), salviniya (Salvinia natans) və s. kimi su bitkiləri çox xarakterik hesab edilir. Adətən, çanagüllə bitkisi sıx çəngəllik əmələ gətirərək suyun səthini öz enli yarpaqları ilə tam örtər və çiçəkləmə dövründə qeyri – adi gözəllik yaradır. Relikt assosiasiyaya aid olan şanagüllə çəngəllikləri üçüncü dövrdən hazırki günə gəlib çatmışdır. Talış düzənliklərində bataqlıq sahələr geniş yayılmışdır. Burada su çiçəyi (Potamogeton pectinoides P. Lucens), saöaqotu (Myriophyllum spicatum), su fındığı (Trapa hyrcana), buynuzyarpaq (Ceratophyllum demersum) və s. kimi bitkilər çoxluq təşkil etməklə, bataqlıq formasiyalarından süsənlik çəngəlliyini də qeyd etmək olar. Burada sarı bataqlıq süsəni (iris pseudocorus), qurbağaotu (Sparganium erectum (- S. polyedrum), bataqlıq cilli (Schoeloplectus lacutris) və bataqlıca (Helecharis eupalustris) xüsusi formasiyalar yaradırlar. Bütün düzənlik boyu çoxlu miqdarda quruyan bataqlıqlar üçün qaymaq çiçəyi (Ranunculus ophioglossifolius), buşiya (Buschiya laterifloro), lippiya (Lippia nodiflora), nanə (Mentha agnatica), qırxbuğum (Polygonum minus), yol baqəvəri (Alisma plantago) və s. kimi boyu qısa olan alabəzək otların yayılması çox səciyyəvidir. Su – bataqlıq bitkiliyinə aşağı, orta və yüksək dağ qurşaqlarında da rast gəlinir. Su bataqlıq bitkiliyi respublikanın subalp və alp qurşaqlarında daha geniş yayılmışdır. Bu quşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçə vardır. Bunlardan ən xarakterik olanları Kiçik Qafqazda Alagöllər massivi, Zalxılıgöl; Böyük Qafqazda Xalagöl; Naxçıvan MR-də Batabat, Qanlıgöl, Göygöl, Salvartı və Qazan gölləridir. Kür – Araz ovalığı, Xəzər ətrafı və başqa geniş düzənliklər yovşanlıq və şorangəlik yarımsəhraları, ən aşağı dənizkənarı şorlaşmış qumlu yerlər və rütubətli şoranlıqlar isə kolcuqlardan ibarət səhra tipli bitkiliklə örtülmüçdür. Şorangəlik bitkiliyinə, yovşanlığa nisbətən çox ayrı – ayrı variantlarda rast gəlinir, çünki bunun əsasının müxtəlif şorəngə cinsinə aid olan edifikatorlar təşkil edir. Şorangə bitkisi numunələri üst qatı az – çox şorlaşmış boz tipli torpaqlarda da yayılmışdır.
Sarsazanlıq və ya qaraşoranlıq (Halocnemetum). Bu şorangılik səharsı ən çox şoran torpaqlarda inkişaf edir. Qaraşoranın (Halocnemum strobilaceum) alçaqboylu, yerə sərilmiş kolcuqları təpəciklər əmələ gətirməklə, səhrada iri təpəcikli çoranlıqlar yaratmış olur. Belə böyük təpəciklərə ən çox Lökbatan düzənlikləri, Muğan bozqırları və başqa səhralarda rast gəlinir. Sarıbaş səhrası (Kalidietum) da həmçinin çox şoran torpaqlarda yayılmaqla, çox böyük olmayan kol şəklində (Kalidium caspicum) formalaşmışdır. Xırda təpəcikli sarıbaş səhralarına Kür – Araz ovalığı və Xəzərətrafı sahələrdə ləkələr şəklində rast gəlinir. Şahsevdilik (Halostachydetum) səhrası iri kol olan (Halostachys caspica) iştirakı ilə əmələ gəlmişdir. Bu səhra əsasən düzən yerlərdə yayılmışdır. Yuxarıda göstərilən iki səhra formasına nisbətən, şahsevdilik səhrasının tərkibində 5-6 növ efemer və efemerioidlərə təsadüf edilir. Bəzən yulğunla (tamarix) birlikdə rast gəlir. Bu formasiyanın xarakterik massivi Şərqi Zaqafqaziya düzənliyi hesab edilir. Çərən səhralığı (Suaedetum) Suaeda microphylla və s. dendroides kolluqları hesabına formalaşmışdır. Çərənin geniş yayılmış yuxarıda göstərilən iki növünə Kür – Araz ovalığı və çox yüksək olmayan dağətəyi yamaclarda rast gəlinir. Çərənin birillik növlərinə dənizkənarı düzənliklərdə və şorangəli səhralarda ləkələr şəklində təsadüf edilir. Şahsecdi şoranlığı (Salsoletum ericoides) ən geniş yayılan şorangə səhralarından biridir. Tək – tək, bəzəndə başqa şorangələrlə birlikdə formasiyalar əmələ gətirir. Respublikamızın istər qərb (Ceyrançöl, Acınohur) və istərsə də şərq (Şirvan, Mil, Muğan) rayonlarında geniş yayılmışdır. Dağ şorangəliyini (Salsoletum gem mascens) ən çox yeni əhəmiyyəti olan kiçik Salsola naulosa (-S. gemmascens) kolcuqları əmələ gətirir. Ən geniş yayılmış dağ şorangəliyi sahələrinə dağətəyi rayonlarında Qobustan, Ceyrançöl və Acınohurda rast gəlinir. Bəzən yovşanla (Artemisia fragrans) birlikdə yarımsəhralar əmələ gətirir. Bu növ şorangə formasiyalarında efemer və efemerioidlər bolluq təşkil edirlər. Ağacvari şorangəlik (Salsoletum dendroides) yarımsəhrası Salsola dendroides kolları hesabına formalaşmaqla daha geniş sahələrdə yayılmışdır. Ağacvari şorangə (qarağan) az şorlaşmış torpaqlara uyğunlaşmışdır. Bu yarımsəhraların tərkibi efemer bitkiləri ilə çox zəngindir. Ağacvari şorangə bitkisi yovşan, digər şorangələr və çala bitkiləri ilə (Alhagi, Glycyrrhiza) və başqaları müxtəlif variantlarda keçid və qarışıq qruplaşmalar, yaradır. Ağacvari şorangə bəzi yerlərdə hündürlüyü bir metrə çatan sıx qol – budaqlı yarımkollar əmələ gətirir. Ümumiyyətlə, respublikamızda şorangə (Saisola) cinsinin 22-yə kimi növünə rast gəlinir. Birillik şoran bitkisi nümunələrindən yağlı şoran (Saisola crassa) və qışotu (Petrosimonia brachiata) respublikanın qış otlaqlarında çox geniş yayılmışdır. Meyvələmə zamanı çox əlvan görünən şorangə (Seidlitzia florida) çəngəlliklərinə Şəki yaylasının az şoranlaşmış yerlərində təsadüf edilir. Göstərilən birillik şoran bitkiləri qruplaşmalarında efemerlərin zəif inkişafı çox xarakterikdir. Şorangə bitkisi çəngəlliklərinə Naxçıvan MR və bozqır yaylasında rast gəlmək olar. Çoxillik halofit bitkilərindən Anabasis, aphylla, Atraphaxis angustifolia, Kochia prostrata, bitkilərindən isə Gamanthus pilosa, Solicornia europaea və başqalarına tək – tək və digər şorangə bitkiləri ilə birlikdə rast gəlir. Atraphaxis spinosa boz dağlarda, ardşc meşəliklərində geniş yayılmışdır. Yovşanlıq yarımsəhrası (Artamisieta) ən geniş yayılmış yarımsəhra bitkiliyi tiplərindən biridir. Bu yarımsəhra bitkiliyi boz tipli zəif şoranlaşmış torpaqlarda inkişaf edir. Qeyd etmək lazımdır ki, yarımsəhraların fiziki coğrafi şəraiti səhralara nisbətən yaxşı olduğu üçün, burada bitkilərin inkişafı üçün əlverişli şərait vardır. Tam (təmiz) yovşanlıq, yarımsəhrası daha geniş yayılmışdır. Lakin yerlərdə yovşanlıq yarımsəhrası ilə birləşərək, qarışıq formasiyalar əmələ gətirir. Xüsusilə Kür – Araz ovalığında yovşanlı qarağanlıq (Artemisieto – Salsoletuin dendroides), yovşanlı - şahsevdi şoranı (Artemisieto – Salsoletum ericoide), yovşanlı gəngizlik (Artemisicto – Salsoletum gemmascens) kimi müxtəlif variantlarda qarışıq yovşan və şorangə formasiyaları geniş sahələri əhatə edir. Qobustan, Ceyrançöl və Naxçıvan MR-nın bəzi dağətəyi rayonlarında yovşanlı – şiyavlıq (Artemisieto – Stipetum lessingiana) və yovşanlı ağotluq (Artimisieto – Botriochloa ischaemum) kimi bozqır tipli formasiyalar müşahidə edilir. Yovşan formasiyalarının bütün variantlarında soğanaqlı qırtıc (Poa bulbosa), yapon tonqalotu (Bromus japonicus), bərk quramit (Lolium rigidum), şərq bozağı (Eremopyrum orientale), durnaotu (Erodium cicutarium), xırda qarayonca (Medicago minima), göy qarayonca (Medicago coerulea) və s. kimi efemer və efemeroid bitkiləri üstünlük təşkil etməklə, yarımsəhralıqda təbii landşaft yaradırlar. Ümumiyyətlə, yovşan yarımsəhrasında efemer və efemoid bitkilərin sayı 20 – 25, bəzən isə 25 – 40-a çatır. Yovşan formasiyaları açıq şabalıdı və bozumtul torpaqlarda, dənizkənarı qumluqlarda və s. yerlərdə inkişaf edir. Dənizkənarı və dəniz altından çıxmış sahələrdə qumluq yovşanı (Artemisia), gəvən (Astragalus hyrcanus, A. igniarius) və endemik (Astragalus bakuensis), İran sarmaşığı (Convolvulus persicus) və başqa bitkilərə rast gəlinir. Bundan əlavə qumluqlarda Convolvulus erinaceus, Stipa lagascae (-S. gigantea), Ammochloa palestina, Caligonum bakuense, Nitraria schoberi və s. kimi maraqlı və nadir bitki növləri inkişaf edir. Hazırda səhra və yarımsəhra tipli bitki örtüyü olan sahələrin geniş bir hissəsində kənd təsərrüfatı bitkiləri becərilir. Ceyrançöl yüksəklikləri və bozqır yaylada yarımsəhra bitki örtüyü, bozqır bitkilikləri ilə birləşərək, yarım bozqır (quru bozqır) tipli bitki qruplaşmaları əmələ gətirir. Yarımbozqırlarda yarımsəhralara nisbətən çiməmələgəlmə prosesi surətlə gedir. Ot örtüyü isə nisbətən seyrək olur. Yarımbozqırların tərkibində taxıl edifikatorları ilə yanaşı, çoxillik müxtəlif otlar, paxlalılar və birillik otlar da iştirak edir. Yarımbozqırların ən səciyəvi bitkilərindən Medicago transcaucasica, Centaurea reflexa, Gypsophilla Stevenii, Teucrium polium, Sideritis montana, Minuartia montana (-M viesneri), Stipa capillata və başqalarını göstərmək olar. Dəniz səviyyəsindən bir qədər yüksəkliklərdə topal Festuca rupicola (-F. sulcata), şiyav (Stipa caspica), (-S.szovitsiana) və nazikayaq (Brachypodium distachyum) bu bitkilərə qarışır. Şəki yaylası rayonunda qızılsaqqal (Chrysopogon gryllus) böyük çəngəlliklər əmələ gətirir. Bu çəngəlliklərin floristik tərkibi dağ yamaclarının istiqamətindən asılı olaraq dəyişir. Belə ki, cənub yamaclarında çoxillik taxıl otları (Stipa caspica (-S.szovit-siana, Agropyron cristatum, Botriochloa ischaemum) bu çəngəlliklərə qarışaraq qızılsaqqal bozqırı, şimal yamaclarında isə müxtəlif otlar və paxlalılar (Potentilla recta, Gruciata glabra- (Galium vernum), Filipendula vulgaris (-F. hesapetala). Astragalus multirjugus (-A. stevenianus), Medicago transcaucasica, Koshia prostrata, Salvia nemorosa, Onobrychis cyri, O. vaginalis bir sahədə rast gələrək yarımbozqır tipli bitki örtüyü əmələ gətirirlər. Bozqır tipli bitki örtüyünə həmçinin ortadağ (şiyavlıq) və yüksəkdağ (şiyavlı topallıq) qurşaqlarında rast gəlinir. Yüksək dağ zonalarında, xüsusilə subalp və aslp çəmənliklərində bozqırlaşmış çəmən tiplərinə də təsadüf edilir. Fcstuca rupicola (-F. sulcata), F. supina, Stipa capillata, Festuca Kotschyi, -F. varia isə yüksək dağ bozqırlarının edifikatorları hesab edilir. Axırıncı növ F. varia bozqırlaşmış çəmənlik əmələ gətirir. Bütün bozqır variantlarının səciyyəvi bitkilərindən: Koeleria macrantha – (-K.gracilis), artemisia orientalis, Thymus grex sp. Pyrethrum grex sp. Dianthys grex sp. Scabiosa caucasica, Pimpinella rhodanta, Plantago lanceolata, (Phleum phleoides, Grusiata glabra (-Galium vernum), Onobrychis sp. və başqalarını göstərmək olar.
Respublikanın quru isti cənub rayonlarında (Naxçıvan MR, Zuvand, Cəbrayıl, Zəngilan və s. (dağ kserofit bitkiliyi) friaqana, şiblək tikanlılar tipi və s.) inkişaf etmişdir. Tikanlılar tipi daha geniş areala malikdir. İqlimin quru, relyefin müxtəlif (dər - təpəli) və yamacların çınqıllı, daşlı, qayalı olması, dağ kserofit formasiyasının yayıldığı rayonlar üçün çox səciyyəvidir. Tikanlılar tipinin ön asiya variantları respublikamızda daha geniş inkişaf etmişdir. Bu senozların tərkibi yastığabənzər formada tikanlı kiçik kollardan, xüsusilə tikanlı gəvən və tikanlı buynuzlu xaşadan (Onobrychis cornuta) ibarətdir. A. A. Qroccheym tıs – tıs kolcuqlarını da (Acantholimon grex sp.) tikanlılar tipinə aid edir. Gəvən növlərindən Astragalus aureus yüksək dağ qurşaqlarında geniş areala malikdir. A. microcephalus növü isə aşağı və orta dağ qurşağı yamaclarında ləkə – ləkə çəngəlliklər əmələ gətirir. Az təsadüf edilən A.andrejii növü, xüsusi çəngəllik əmələ gətirir və onun fitosenoloji quruluşu yuxarıda göstərilən növlərin quruluşuna oxşayır. Göstərilən gəvənliklərin daimi komponentlərindən bozqır variantlı bitkilər: Festuca rupicola (-F. sulcata), Thymus grex sp. Və s. göstərmək olar. Onobrychis cornuta – ja Arrıdağda, Culfa və Dağlıq Qarabağ rayonlarının nisbətən aşağı sahələrində təsadüf edilməklə, dağ kserofit tipli bitki örtüyü əmələ gətirir. Naxçıvan MR-nın dağ kserofit bitkiliyinin kiçik bir sahəsinin müxtəlif variantlarda yayılmış friqana tipli bitki örtüyü təşkil edir. Friqanalar 1000 – 1500 metrə qədər yüksəkliklərdə müstəqil formasiyalar yaradırlar. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Naxçıvan MR-də friqanın əmələ gətirən bitkilərdən: halimiphllum atriplicoides (-Zygophyllum atripilcoides), Aellenia glauca (-Salsola glauca), Salvia dracocephaloides, Astragalus sovitsii, Amblyopogon xanthocephalus, Hedysarum formosum, H.atropatanum, Hypericum scabrum, Stachys fruticulos, S.inflata, Onobrychis transcaucasiva və s. göstərmək olar. Tomilyar variantlı friqana formasiyaları da az – çox yayılmışdır. Bu formasiyaların tərkibində əsasən kəklikotu (Thymus kotschanus) və çölnanə (Satureja macrantha) dominantlıq təşkil edirlər. Tərkibi əsasən kollardan ibarət olan qariqa tipli kserofit formasiyalar friqanalara nisbətən az yayılmışdır. Qariqa tipli bitki örtüyü üçün karvanqıran (Atraphaxis spinosa), murdarça (Rhamnus pallasii) və s. bitkilər çox səciyyəvidir. Bütün friqiana variantlarında yuxarıda göstərilən dominantlardan əlavə Euphorbia, Marrubium, Lactuca, Achillea, Phlomis, Cousinia və s. kimi cinslərin bir çox növləridə geniş yayılmışdır. Respublikamızda friqiana tipli bitkiliyə nisbətən şiblək bitki örtüyü kiçik sahələri əhatə edir. Bu isə şiblək bitki örtüyü olan sahələrdə kolların qırılması və üzümlüklər salınması ilə əlaqədardır. Lokal formada respublikanın cənub rayonlarında, xüsusilə naxçıvan MR, Zəngilan və Turyançay qoruğunda şiblək variantlı dağ-kserofit bitkiliyinə rast gəlinir. Müxtəlif variantlı şiblək formasiyalarının əsasını Amygdalus fenzliana, Rhamnus pallasii, Paliurus spina christi, Cotoneaster racemiflora, Spiraea komarovii və s. kimi bitki növləri təşkil edir. Böyük və Kiçik Qafqazın dağətəyi sahələrində (Zəngilan, Qubadlı yaylası və s.) tərkibi ardıc, nar və saqqız ağaclarından ibarət arid tipli seyrək meşələrə rast gəlinir ki, bu meşələr təbii halda saqqız ağacı – ardıc meşəliyi Turyançay qoruğunda yaxşı saxlanılmışdır. Bu qoruqda ardıcın 6 növünə təsadüf edilir. Müxtəlif ardıc növlərinin hündürlüyü 6 – 7 metrə çatır. Böyük və Kiçik Qafqazın dağətəyi sahələrində yerləşən kserofil tipli meşə və meşəciklərin əsas tərkibini saqqız ağacı (Pistacia mutica) və müxtəlif ardıc (Juniperus) növləri təşkil edir. Kiçik meşələrdə dağ-dağan (Celtis caucasica), sarağan (Cotinus coggygria), albalı (Cerasus incana), jasmin (Jasminium fruticans), murdarça (Rhamnus pallasii), topulça (Spiraea crenata) və s. kimi bitkilər rast gəlinir. Eldar oyuğu sahəsində (bozqır yaylası) üçüncü dövrün qalığı olan seyrək eldar şamlığı (Pinus Eldarica) meşəliyi vardır. Kür – Araz, Alazan və İori çayları boyu hissə – hissə lenta şəkilli lokal formalı tuqay meşələri yayılmışdır. Bu meşələrin tərkibi qovaq (Populus hybrida), söyüd (Salix australius), iydə (Elaeagnus angustifolia), qaraağac (Ulmus foliacea), tut (Morus alba), yulğun (tamarix ramosissima), nar (Punica granatum) kimi ağac və kol cinsi növlərindən ibarətdir. Bəzən dağ çayları boyu Tuqay meşəliklərinə, xüsusilə iri çay vadilərində və dəfələrlə seyrək kollardan ibarət meşəciklərə rast gəlinir ki, buradada ən çox çay dükanı, iydə, sumax, skumpiya, yulğun, söyüd, tut, pirakanta, nar, itburnu, böyürtkan və s. kimi bitkilər geniş yayılmışlar. Çaytikanına (Hippohae rhamnoides) başlıca olaraq dağ vadilərində Şinçay, Kişçay, Dəmiraparançay, Turyançay, Göyçay, Ağsuçay və s. geniş yayılmışdır. Respublikamızda bu bitkinin bol xammal ehtiyatı vardır. Talışın çay kənarlarında yalanqoz (Pterocarya pterocarpa) və qızılağac (Alnus subcordata) çox vaxt içəngəlliklər əmələ gətirir. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıqlı meşələri üçün çox səciyyəvidir. Talışın ətraf meşələrində incilin yerli endemik növü (Ficus hyrcanica), xamırmaya (Humilus lupulus), çəpər sarmaşığı (Smilax exceisa), kəndalaş (Sambucus ebulus), cilin müxtəlif növləri (Carex), ürəkotu (Cardamine), dişə (Poa), bataqlıqlarda isə cığ (Juncus grex sp.) rast gəlməklə müxtəlif cığlıq (Juncetum) formasiyalar əmələ gətirirlər. Quba - Xaçmaz, Qarabağ və eləcə də Alazan – Həftəran vadisində lokal formalı (ləkələr şəklində) düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərdə uzun saplaq palıd (Quercus longipes), qaraağac (Ulmus foliacea), yemişan (Crataegus grex sp), əzgil (Mespilus germanica) və s. kimi ağac və kol cinsləri daha üstünlük təşkil edirlər. Alazan – Həftəran vadisi meşələrində yuxarıda göstərilən növlərdən başqa ağcaqayın (Acer velitinum), cökə (Tilia caucasica), göyrüş (Fraxinus excelsior), qaraağac (Ulmus suberosa), armud (Pyrus caucasica) kimi ağac növləri, sarmaşan bitkilərdən isə sarmaşığı (Hedera helix), ağəsmə (Clematis vitalba), yabanı üzüm (Vitissilvestris) geniş yayılmışdır. Quba – Xaçmazın düzən meşələrində uzunsaplaq palıddan (Quercus longipes), əlavə, Q, pubescens və palıdın bir çox öyrənilməmiş formaları yayılmışdır. Düzən palıd meşələrinin tərkibində müxtəlif növlərə, o cümlədən qaraağac (Ulmus suberosa), vələs (carpinus caucasica), ağcaqayın (Acer campestre), armud (Pyrus caucasica), fındıq ağacı (Corylus avellana), yemişanlar (Crataegus grex sp), əzgil (Mespilus germanica), lianlardan isə yalnız sarmaşığa (Hedera pastu chovii) rast gəlinir. Qarabağ massivindəki düzən meşələrində uzunsaplaq palıdla yanaşı qaraağac (Ulmus suberosa), tut (Morus alba), iydə (Elaegnus grex sp), alça (Prunus divaricata), qaratikan (palirius spina christi), nar (Punica granatum); sarmaşan bitkilərdən isə Smilax excelsa, Vitis silvestris Periploca graeca müşahidə edilir. Talış meşələrində (xüsusilə qızılağac meşələrində) göyəm və giləzəhər (Tamus communis) kimi sarmaşan bitkilərə rast gəlinir. Talışdan başqa respublikanın digər rayonlarında, o cümlədən böyük qafqazın dağətəyi cənub yamaclarında yayılmış relikt tipli hirkan ağaclarını xüsusilə qeyd etmək lazımdır. Talışın düzən meşələrinin səciyyəvi ağac cinslərindən dəmirağac (Parrotia persica) və şabalıdyarpaq palıdı (Quercus castaneifolia) göstərmək olar . bu relikt ağac cinslərindən əlavə talışın hirkan tipli meşələrində Qafqaz vələsi (carpinifolia, Z. hyrcana), qarağac (ulmus elliptica), alça (prunus caspica), qovaq (Populus hyrcana) və s. kimi ağac cinslərinə də rast gəlinir. Bu meşələrin ən aşağı mərtəbələrində bigəvər (Ruscus hyrcana) və danaya (Danae racemosa) kimi həmişəyaşıl kollara təsadüf edilir. Bunlardan əlavə meşəaltı sahələrin tərkibində – Crataegus, Cydonia, Mespilus, Smilax, Periploda, Rubus, Vitis, Hedera kimi cinslərin növləri də yayılmışdır. Bu meşələrdə ot bitkisi növləri bolluq təşkil edir. Xurma (Diospyros lotus) nisbətən kölgələnmiş və rütubətli yamaclarda çəngəlliklər əmələ gətirir. Çəngəlliklərdə bir komponent kimi Xəzər şeytanağacına Talışın dağətəyi rayonlarında bolluq təşkil edir. Bu meşələrin dənizə baxan yamaclarında Lənkəran akasiyası (Albizzia julibrissin), cökə (Tilia platyphyllos), endemik cökə (T.prilipkoana və s. daxil olmaqla xüsusi qarışıq meşəlik yardırlar. Dəniz səviyyəsindən bir qədər hündürlüklərdə ağcaqayın (Acer velitinum), şərq fıstığı (Fagus orientalis), meşə altında qara cöhrə (Taxus baccata), şümşat (Buxus hyrcana), daha çox rast gəlinir
                                                                            Azərbaycanın faunası
Azərbaycan Respublikası iqliminin müxtəlif çeşidliyi heyvanlar aləminin çox növlülüyünə səbəb olmuşdur. Belə ki, Respublikanın heyvanlar aləmində 96 növ məməlilər, 357 növ quşlar, 54 növ sürünənlər, 10 növ suda-quruda yaşayanlar, 100 növdən çox balıqlar, 17 min növdən çox onurğasızlar mövcuddurlar. Ümumiyyətlə respublika ərazisində heyvanlar aləminin yayılması cürbəcürdür. Azərbaycanın cənubunda Lənkəran və Astara ərazilərinin özünəməxsus heyvanlar aləmi vardır. Ərazi bitki örtüyünün çox zəngiliyi, heyvanlar aləminin isə azlığı ilə fərglənir, lakin keçmişdə bu meşələrdə heyvanlar aləmi zəngin olmuşdur. Bu yerlərdə vaxtilə çoxlu pələngə, bəbirə, Qafqaz maralına, cüyürə, tülküyə, yüzlərlə quş növlərinə rast gəlinirdi. İndi isə bir sıra səbəblər – qanunsuz ovçuluq, meşə təsərrüfatı və kənd təsərrüfatı işlətinin intensiv aparılması nəticəsində onların ekoloji amilləri dəyişmiş, sakitliyi pozulmuş, sayı xeyli azalmış və bə’zilərinin nəsli tamamilə kəsilmişdir. Hirkan tipli meşələrin sərhəd tanımayan canlı sakinlərinin qorunması müasir tələbə uyğun deyildir. Odur ki, həmin heyvanlar xeyli uzaqlara gedir və qanunsuz ovçuluğun qurbanı olur. Deməli, Lənkəran zonasının heyvanlar aləmi, bütün zonada müvafiq təşkilatlar tərəfindən qorunmalıdır. Hazırda Qırmızı kitablara adı düşmüş pələng və bəbir burada yaşamır, kaftar və Ussuri xallı maralı isə yaşayır. Azərbaycanın Qırmızı kitabına adı düşən Talış qırqovulu, hirkan arıquşu qorunur. Qırmızı kitablıarda adlarını oxuduğumuz toğlugötürən, qıvrımlələk qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, laçın, turac kimi quşlara da təsadüf edilir. Burada Qafqaz maralının nəsli 77 il, pələngin nəsli isə 57 il bundan əvvəl kəsilmişdir. Hazırda 18 növ məməli heyvanın və 25 növdən çox oturaq quşun burada yaşaması müvəffəqiyyədir. 1991-ci ilin siyahıya alınmasına görə burada 118 baş xallı maral, 140 çöl donuzu və 40 cüyür olmuşdur. Lənkəran meşələri, eləcə də hirkan meşələri 57 il maralsız qalmışdır. Burada yerli Qafqaz marallarının nəsli kəsiləndən sonra onları Azərbaycan şəraitində iqlimə uyğunlaşdırılmış Ussuri xallı maralları əvəz etmişdir. 1952-ci ildə Uzaq Ussuri meşələrindən Azırbaycana 13 baş xallı maral gətirilərək Altıağac yaxınlığındakı meşədə volyerdə saxlanılırdı. 1970-ci ilə qədər onların sayı 100 başa çatdırılmışdı. Lakin Altıağac meşələri xallı maralların iqlimləşdirilməsi üçün əlverişli olmadı. Ona görə də 1974-cü ildə həmin marallrın 77 başı hirkan meşələrinə gətirildi. Az bir hissəsi isə Altıağac meşələrinə buraxıldı. Hirkan meşələrinə gətirilən marallar isə yaxşı mühafizə olunmuş, yerli iqlim şəraitinə uyğunlaşmış və sayı 14 ildə 50 baş artmışdır. Dişi maralların artma sayı Altıağacdakı volyerdı saxlanılan vaxtdakı artım sür’ətilə hesablanaraq müəyyən edilmişdir ki, 1970-1985-ci illərdə onların sayı 300 başdan çox artmalı idi. Lakin mühitə uyğunlaşma, meşədə sərbəst saxlanması onların normal artımını pozmuşdur. Marallar talalı meşələri daha çox sevirlər, onlar orta qalınlıqlı (20-70 sm) qar örtüklü yerlərdə yaxşı qışlayır, özlərini yemlə tam tə’min edirlər. Xaldoğum dövrü başlayır. Onlar, adətən bir, çox nadir halda isə müəyyən ağacların yarpaqlarını və budaqlarını yeyirlər. Onlar gündüzlər meşələ gizlənib dincəlir, otlamaq üçün açıq talalara səhər, axşam və gecə çıxırlar. Bu heyvanlar 7-10 başdan ibarət dəstə ilə yaşayırlar. Xallı marallar orta böyüklükdədir, yaşlı erkəklərin diri çəkisi 90-150 kq-dır, dişilər isə daha kiçik olur. Yalnız erkəklərdə buynuz vardır. Bu marallar 7,5 ay boğazlıq dövrü keçirir və mayın sonlarında doğum dövrü başlayır. Onlar, adətən bir, çox nadir halda isə ekiz bala verir. Yay zamanı istər erkək, istərsə də dişilərin parlaq kürən rəngi olur. Bu onlara ağ rəng görkəmi verir. Qış zamanı yaşıları qonura çalan boz, bə’zən sarımtıl rəngdə olur, ildə 2 dəfə - yazda və payızda tükünü dəyişirlər. Bu maralların badəninin bel hissəsində və yanlarında açıq rənfli ləkələr – xallar vardır ki, elə onlara “xallı maral” adının verilməsi də bunlarla bağlıdır. Qafqaz maralı artıq bir əsrə yaxındır ki, yox edilmişdir. Təkəyə yalnız Kəpəzin zirvəsi ətrafında tək-tək rast gəlinir. Cüyürlərin də sayı xeyli azalmışdır. Hazırda ərazidə cücüyeyənlərin 6 (adi kirpi, Qafqaz köstəbəyi, Radde qonurdişi, Satunin qonurdişi, su kutoro, ağqarın ağdiş), dovşanabənzərlərin 1 (dovşan), gəmiricilərin 8 (müxtəlif siçanlar və siçovullar), vəhşi heyvanların 8 (tülkü, porsuq, ayı, daş dələsi, meşə pişiyi, gəlincik, samur, vaşap, dırnaqların 3 (təkə, cüyür, Qafqaz maralı), quşların 40-a qədər (bildirçin, meşə göyərçini, adi qurqur, meşə cüllütü tənbəl cüllüt, ağqarın cüllüt, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, meymun, bayquş, qu quşu, qara ağacdələn, zığ-zığ, ali dolaşası, sarıköynək, baltadimdik, meşə torağayı, çil qaratoyuq və s.), sürünənlərin 6 (ilanlar, kərtənkələlər), suda-quruda yaşayanların 3 (müxtəlif qurbaqalar) növü yaşayır. 1990-cı ilin payız mə’lumatına görə burada heyvanlardan dovşan, porsuq, tülkü (325-440 baş), quşlardan isə kəklik (580) daha çoxdur, Qiymətli heyvan sayılan cüyür (42 baş) və təkə (30 baş) azdır, Qafqaz maralının sayı xeyli artaraq 125 başa çatmışdır. Göygöl qoruğunda məskunlaşan heyvanlardan ikisinin – Şərgi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablarda Göygöldə yaşayan və qorunan forel balığının da adı vardır. Burada Qırmızı kitablara adı yazılmış quşlara da təsadüf edilir. Buraya 1961-ci ildə 7 baş nəcib Qafqaz maralı gətirilmiş, əvvəllər volyerdə, sonra isə açıq meşə sahəsində və talalarda saxlamağa başlamışlar. Həmin marallar tezliklə təbii şəraitə uyğunlaşmış, sür’ətlə artmağa başlamışdır. 20-25 % artım qaydası ilə aparılan hesablamalara əsasən 29 il (1962-1990) ərzində burada onların sayı 200-250 başa çatmalı idi, lakin açıq sahədə saxlanıldığı üçün maralların artımı xeyli az olmuşdur. Bu ərazilər həmin maralların keçmişdə sevimli təbii yaşayın yeri idi. Hətta ikinci böyük göl olan Maralgölün adı da xalq tərəfindən onun sahillərində daha çox məskunlaşmış bu nəcib heyvanın şərəfinə adlandırılmışdır. Azərbaycanın bir çox rayonlarının dağ çaylarında təbii olaraq çay forelləri yaşayır. Bunlar ən dadlı və keyfiyyətli olan balıqlardandır. Bundan əlavə, respublikada sün’i balıq yetişdirmə məntəqələrində əlvan forel, poladbaş forel və Göygöl foreli artırılır. Əlvan və poladbaş forelin vətəni Şimali Amerikanın sularıdır. Məhsuldar olduğu üçün oradan Azərbaycana gətirilmiıdir. Göygöl foreli isə yalnız Göygölün sularında yaşayan balıqdır. Respublikanın digər çay forellərindən xeyli fərglənir. Öz mənşəyi e’tibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göygölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Bu müddət ərzində Göygöl forelləri çay forellərinə xas olan bə’zi əlamətləri saxlamış, kürüvermə qabiliyyətləri, böyümə intensivliyi və s. Artmasına görə isə onlardan fərglənmilər. Göygöl forellərinin uzunluğu 50 sm-ə, kütləsi 1,5 kq-a qədər olur. 10-12 ilə qədər yaşayır. Hər bir dişi balıq ildə 500-2500 ədəd kürü verə bilir. 1975-1976-çı illərdə Göygöl forellərinin sün’i yolla artırılmasının üsulları işlənib hazırlanmışdır. Göygöl forelləri ilk yaşlarında zəif, sonrakı illərdə isə sür’ətlə böyüyür. Bu cəhətdən o, gələcəkdə respublikanın forel təsərrüfatlarında yetişdirmək üçün, eləcə də dağ göllərinə, su anbarlarına buraxmaq üçün ən əlverişli balıq növü ola bilər.
Böyük Qafqazın cənubunda Balakən və Zaqatala rayonlarının ərazisində heyvanlar aləminin cüt dırnaqlılar (5 növ), yırtıcılar (11 növ), gəmiricilər (10 növ), Həşəratyeyənlər (5 növ) kimi dəstələrinin nümayəndələri vardır. Heyvanlar dəstə və növcə az olsalar da sayca çoxdurlar. Təkcə bunu qeyd etmək kifayətdir ki, ərazidə cütdırnaqlı heyvanların sıxlığı hər min hektarda 300 başdan artıqdır. Burada heyvanlar aləminin yayılmasında da şaquli qurşaqlıq müşahidə olunur. Hazırda əsasən 5 növ ov heyvanı yaşayır Şərqi-Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, çöl donuzu. Təkə sürüləri yaz-yay fəsillərində başlıca olaraq, subalp və alp çəmənlərinin əlçatmaz qayalı, uçurumlu yamaclarında yaşayır. Qarlı, şaxtalı qış aylarında onlar 700-800 m yüksəliyü qədər enərək mülayim iqlimli meşə qurşağında dolanır. Bura gələn hər bir kəs böyük təkə sürülərinin (100 – 150 baş) yaşıl alp çəmənliklərində otladıqlarını uzaqdan asanlıqla müşahidə edə bilər. Qafqazın başqa ərazilərinə nisbətən burada təkə sürüləri daha çoxdur, hətta bə’zən 200-300 başdan çox erkək təkə sürüsünə rast gəlinir. Riçuq sahəsində və Saltəkçay dərəsində ana və bala təkələrdən ibarət bir sürüdə 120-160 baş heyvan müəyyən edilmiıdir. Onların ümumi sayı 1990-cı ildə 3800 başdan çox olmuşdur. Şərgi Qafqaz təkəsinə bə’zi rayonlarda dağ keçisi, dağ kəli, sadəcə olaraq təkə də deyirlər. Təkə cütdırnaqlı gövşəyən heyvanlara aid olub, vəhşi halda yaşayan keçilərin iri formasıdır. Yaşlı erkək təkələrin diri çəkisi 80-90, dişilərin diri çəkisi isə 50-60 kq olur. Yaşlı erkəklər və dişilər ayrı-ayrı sürülər yaradır, cütləşmə vaxtı iri erkək sürülər parçalanıb, dişi sürülərlə birləşir. Mayın ortalarından iyunun ortalarına qədər doğum dövrüdür. Yeni doğulmuş balanın 5-6 kq çəkisi olur. Onlar 20-22 ilədək yaşaya bilər. Azərbaycanda təkə əsasən B.Qafqazın dağ-çəmən qurşağında məskunlaşmışdır. Onlar 1000-3500 m hündürlükdə yaşayır. Meşə qurşağının qayalı, uçurumlu sahələrində onların sürüsünə rast gəlinir. Təkələr yay zamanı milçəklərdən uzaqlaımaq üçün alp, subnival qurşağa qədər qalxır, qışda yemlə əlaqədar olaraq, meşə qurşağına düşür. Ümumiyyətlə, subalp dağ-çəmən və meşə-çəmən qurşaqları onlar üçün optimal yaşayış yeri hesab edilir. Respublika Ovçular və Balıqovlayanlar Cəmiyyəti İttifagı müstəsna hallarda iyunun 15-dən oktyabrın 1-nə qədər yalnız yaşlı erkək təkələrin ovlanmasına icazə verir. Qalan hallarda icazəsiz vurulan hər bir təkə üçün cərimə olunur. Ərazinin heyvanlar aləmində miqdar e’tibarilə ikinci yeri nəcim Qafqaz maralı tutur. Yaz və yay aylarında maralların sevimli yeri yuxarı meşə qurşağı və subalp çəmənlikləridir. Bə’zən onlar alp çəmənliyinə də qalxır. Payız-qış aylarında marallar mülayim iqlimli orta və aşağı dağ-meşə yarımqurşaqlarına enir. Subalp çəmənliklərində otlayan sürüsündə 30 başa qədər heyvan saymaq mümkündür. Müstəsna hallarda ana və bala maral sürülərinə də rast gəlinir. Maralların sayı 1990-cı ildə 600 başa qədər olmuşdur. Maralları sayı 15 il ərzində (1971-1985-ci illər) 806-1047 baş arasənda olmuşdur. Onların sayı 1977-ci ildə maksimuma çatmışdır. Burada 20 % artım hesabı ilə 1985-ci ildə 1800-2000 başdan çox maral olmalı idi. Təbii artımın az olması görünür maralların kənarlara yayılması eləcə də müvafiq biotexniki tədbirlərin lazımi səviyyədə görülməməsi ilə əlaqədardır. Ov heyvanlarından sayına görə üçüncü yeri Qafqaz köpkəri tutur. Onlar meşə, alp və subalp qurşaqlarında yaşayır, yay mövsümündə subalp qurşaqında və meşə kənarlarında, qış fəslində isə əsasən meşə qurşağında görünür. Azərbaycanda əvəllər köpkərlərin azalması müşahidə edilirdisə, son illərdə düzgün mühafizə nəticəsində onların sayı xeyli artaraq 350 başa çatmışdır. Köpgərlər, adətən, tək-tək və bə’zən də kiçik sürü ilə otlayır; 5-20 baş, nadir hallarda isə 40-45 başa qədər olan köpgər sürülərinə təsadüf edilir. Avropa cüyürləri əsasən aşağı və orta dağ-meşə yarımqurşaqlarında məskunlaşmışdır. Ərazində onların sayı nisbətən az olub, təxminən 140 başa çatır. Bütün meşə sahələrində və subalp çəmənliyində çoxlu çöl donuzu da vardır. Burada 280 başdan çox çöl donuzu qeydə alınmışdır. Burada vəhşi heyvanlar da çoxdur. Burada Qafqaz qonur ayısına, canavara və s. Tez-tez təsadüf edilir. Burada canavarlar tez-tez cütdırnaqlı heyvanlara, xüsusilə marallara, qabanlara və cüyürlərə hücum edir. Buna görə də qoruqun işçiləri canavara qarşı bütün il boyu mübarizə aparmalıdırlar. Qonur ayılar yabanı meyvə ağaclarına ciddi ziyan vurur. Adətən, vəhşi dırnaqlılar üzərinə hücum etmir, ancaq bə’zən canavarların ələ keçirdiyi ov qənimətini onlardan qopara bilir. Ərazidə onların sayı kifayət qədirdir (70 baş). Meşə və daş dələləri burada daha çox yayılmışdır, arabir vaşaqa da rast gəlinir. Zaqatala və sairə ərazisində quşlar da çoxdur. Burada sərçəkimilər dəstəsinin 59, yırtıcı quşların 15, ağacdələngimilərin 6, toyuqkimilərin və bayquşkimilərin hər birinin 4, göyərçinkimilərin 3, ququ quşukimilərin, hop-hopların, keçisağankimilərin və göycəqarğakimilərin hər birini 1 növü məskunlaşmışdır. Buradakı quşlardan toyuqkimilər fəsiləsinə mənsub olan, ərazi üçün endem sayılan iki quş – Qafqaz uları və Qafqaz tetrası daha çox diqqəti cəlb edir. Bu quşlar alp, subalp və çəmən-meşə qurşaqlarında yaşayır. Daşlı, qayalı və uçurumlu yamaclarda kəklik dəstələrinə tez-tez rast gəlinir. Burada çəmən anqutu, buynuzlu torağay bildirçin göyərçin, alabaxta və s. Qiymətli və gözəl quşlar vardır. Zaqatala rayonunun ərazisində yaşayan heyvan və quşlardan təkə, qonur ayı, kəpgər muflon, Qafqaz tetrası və Qafqaz ularının adı Qırmızı kitablara yazılmışdır. Böyük Qafqazın Cənubunda Qax rayonunun ərazisində 5 dəstəyə aid olan 35 növ məməlilər yaşayır. Bunlar dırnaqlııar (nəcim maral, cüyür, köpgər, təkə və çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş bə meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.) ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü məskunlaşmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələrə, 3-ü təlxələrə, 1-i ilanlara, 1-i isə koramallara aiddir. Çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərg qışovçusu, kür şirbiyi və kür xramulyası yalnız Kurmuxçayın aşağı sərhədindəki hissəsində məskunlaşmışdır. Burada suda-quruda yaşayınların 5 (qurbaqalar) növü yayılmışdır. Böyük Qafqazının cənubunda İsmayıllı rayonun ərazisində başlıca məqsədlərdən buradakı heyvanlar aləminin qorunması və artırılmasını tə’min etməkdir. Ərazinin mövcud təbiət komplksi və hazırkı heyvanlar aləmi buna tam əsas verir. Burada cüyür, çöl donuzu, köpgər, təkə, maral,ayı, canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, yenot, porsuq, dovşan, dələ və s. Heyvanlar, qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn və s. quşlar vardır. Ov əhəmiyyətli heyvanlardan çöl donuzu, yenot, dələ, ayı, quşlardan isə qıeqovul daha çoxdur. Burada Qırmızı kitablara adı düşən qonur ayı, turac, köpgər və s. heyvan və quşlar qorunur. Buradakı heyvanlar və quşlar bioloji xüsusiyyətlərindən, ərazinin hündürlüyündən, iqlim şəraitindən və meşənin əlamətlərindən asılı olaraq, qoruq ərazisində qeyri-bərabər yayılmışdır. Onların yerləşməsində müəyyən şaquli qanunauyğunluq da müşahidə olunur: təkə yalnız yuxarı dağ-meşə yarımqurşaqlarında, köpgər əsasən yuxarı və orta, qismən də aşağı dağ-meşə yarımqurşaqlarında, maral, çöl donuzu, ayı bütün dağ-meşə qurşağında, cüyür yayda yuxarı, qışda aşağı dağ-meşə yarımqurşaqlarında daha çox məskullaşır. 1990-cı ildə aparılan siyahıya almaya görə İsmayıllı rayonun ərazisində 150 baş cüyür, 210 baş çöl donuzu, 54 baş təkə, 180 baş maral, 130 baş köpgər və s. Heyvanlar vardır. Quşlardan kəkliklərin də sayı xeyli çoxdur (90-dan artıq); lakin qırqovullar çox azdır(10-a qədər), ona görə də Əyricə qırqovul yetişdirmə məntəqəsinin hesabına burada qırqovulların sayına artırmaq lazımdır.
Zəngin ot və kol bitkiləri yarusu olan sıx və yüksək məhsuldar meşələr, yüksək otlu subalp çəmənliyi burada heyvan və quşların müxtəlif növlərinin məskunlaşmasına səbəb olmuşdur. Hazırda burada cüyür, çöl donuzu, təkə, qonur ayı, vaşaq, tülkü, porsuq, çaqqal, dovşan, dələ, canavar və s. heyvanlar, qırgovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa və s. quşlar vardır. Onlara qoruğun bütün ərazilərində rast gəlinir, lakin cüyür, ayı orta və yuxarı dağ-meşə yarımqurşaqlarında nisbətən çoxdur. Buraya hər il tək-tək maral, çoxlu qaranquş və sığırçın da “qonaq” gəlirlər. Bu quş və heyvanların sayı və sıxlığı ərazidə çox deyildir. 1990-cı ilin payızında müəyyən edilmişdir ki, ərazidə 70-ə qədər çöl donuzu, 42 cüyür, 4 köpgər, 16 qonur ayı vardır. Cüyür və qırqovulun sayı onların optimal normasından xeyli azdır. Burada Qırmızı kitablara adı düşən heyvanlardan qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur. Azərbaycan təbiətinin canlı incilərindən biri də cüyürdür. O Avropanın xeyli hissəsində, Asiyanın qərbində, Qafqazda, Orta Asiyada, cənubi Sibirin dağlarında, Monqolustanda, Uzaq Şərqdə məskunlaşmışdır. Vaxtilə Azərbaycan Ərazisində olan bütün meşələrdə və kolluqlarda bu heyvana rast gəlinirdi. Hətta Kür çayı sahilindəki meşələrdə də geniş yayılmışdı. İndi Kür-Araz ovalığında cüyürün kökü çoxdan kəsilmişdir. Hazırda yalnız B.Qafqaz, K.Qafqaz və Lənkəran dağlarındakı meşələrdə cüyürə rast gəlinir. Kürətrafı tuqay meşələrində müxtəlif məməlilər, sürünənlər, suda-quruda yaşayanlar, quşlar, Kür suyunda isə balıqlar yaşayır. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. heyvanlar məskunlaşmışdir. Nəcim Qafqaz maralı düzənlik ərazidə yalnız Qarayazı meşələrində, dağlıq regionlarda isə B.Qafqazın cənub yamacında və K.Qafqazda qorunur. B.Qafqazın cənub yamacında qorunmayan ərazilərdə də marallar məskunlaşır. Son mə’lumata görə bütün qorunan ərazilərdə 1300 başdan artıq maral vardır. Bura daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn , sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də vardır. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Kür və Araz ovalığında xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır. Buradakı göldə və Xəzərin sahillərində 65 növə qədər quş yaşayır. Çala göldə və kanallarda yaşayan 12 növ balıq vardır. Burada ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Ərazidə oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızıl baş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Burada çöl donuzunun sayı 240, canavar 8, tülkü 25, çaqqal 15, qamışlıq pişiyi isə 30 başa çatmışdır. Burada Azərbaycanin Qırmızı kitabına düşmüş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri və oturaq quşlar mühafizə olunur. Burada 1.31 min baş müxtəlif qaz, 12 min baş qaşqaldaq, 6,3 min baş sultan toyuğu, 1,8 min baş bəzgək, 1,63 min baş qu quşü vardır. Ceyran məməli heyvanların cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsindədir. Çəkisi 35 kq-a qədərdir. Bədəninin uzunluğu 95-115, hündürlüyü isə 60-75 sm-ə çatır. Çox çevik və oynaq heyvandır, saatda 50-60 km sür’ətlə qaça bilir. Dekabrın ortalarından başlayaraq hövrə gəlir, 5 ay boğazlıq dövründən sonra (mayda) 1-2 bala doğur. İldə iki dəfə - yazda (mart) və payızda (oktyabr) tükünü tüləyir. Ceyran dünyada az yayılmış heyvandır. Onun məskəni Zaqafqaziya, Ön Asiya, Orta Aziya, Qazaxıstan və Mərkəzi Asiyadır. Azərbaycan ceyranın daha çox yaşadığı ərazi olmuşdur, lakin insan fəaliyyəti onların dincliyini pozmuş, nəslini azaltmışdır. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzlərinin ərazilərində məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların, həşəratların, balıqların bir çox növləri yaşayır. Burada yırtıcı heyvanlardan canavar, tülkü, çaqqal, qamışlıq pişiyi, porsuq, Qafqaz gəlinciyi məskən salmışdır. Qamışlıq pişiyi, çaqqal və tülkü quşları xeyli məhv edir. Sürünənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir. Cücüyeyənlərdən uzunquyruq ağdiş və Zaqafqaziya kirpisi vardır. Gəmiricilərdən Zaqafqaziya dovşanına, siçanlara, siçovullara təsadüf edilir. Suda-quruda yaşayanlardan isə müxtəlif növ qurbağalar yaşayır. Su heyvanlarından Böyük Qızılağac körfəzində Xəzər süitisi vardır. Bə’zən 10 başdan ibarət olan suiti sürülərinə də rast gəlinir. Burada 30 növdən artıq balıq qeydə alımışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə qunduz iqlimə yaxşı uyğunlaşır. İqlimə uyğunlaşdırmaq üçün ilk dəfə 1931-1932-ci illərdə buraya 80 baş qunduz buraxılmışdır; onlar tezliklə xeyli artmışdır. Lakin 1935-ci ilin sərt qışı az qala onları tamamilə məhv etmişdir. 1959-cu ildən yenidən Kiçik Qızılağac körfəzinin şimal-şərq hissəsinə 396 qunduz buraxılmışdır. 1960-1961-ci ilin ov mövsümündə burada 2 min qunduz ovlanmışdır. Qunduz həmin ərazi üçün perspektivli təsərrüfat heyvanıdır.Ağcabədi və Beyləqan rayonlarında köçəri və yerli quşların, heyvanların çox məskunlaşdığı su sahələrindən biridir. Buradakı göldə və onun ətrafinda 13 dəstədə, 140 növdən artıq quş məskunlaşmışdır. 87 növ quş yumurta qoyub bala verir, 500 minə qədər quş ancaq qışlayır. Burada boz, qızıl, qaşqa və qırmızıdöş qazlar, harayçı və fısıldayan qu quşları, yaşılbaş, bizquyruq, ala, qırmızı, kəkilli qara və boz ördəklər, fitçi və mərmər cürələr, enliburun, marek, qırmızıdimdik, qızılbaş, ağgöz dalğıclar, qaşqaldaq, sultan toyuğu, böyük su fərəsi, ərsindimdik, qaravay, böyük ağ, kiçik ağ, boz, sarı və Misir vağları, qarıldaq, əyridimdik, böyük və kiçik qarabatdaqlar, qıvrımlələk qutan, bizdimdik, çökükburun, bəzgək, çobanaldadan və s. quşlar yaşayır. Burada belibağlılar (bataqlıq, tarla və çəmən), ağquyruq, qartallar (dəniz və çöl), yırtıcı quşlar (bildirçinqanan və s._ da vardır, burada 33.6 min çay , 10 min dalğıc ördəkləri, 5.8 min qaz, 52 min qaşqaldaq, 16 min sultan toyuğu və s. quşlar yaşayırdı. Ərazidə adı Azərbaycanın Qırmızı kitabına düşmüş sultan toyuğu, bəzgək, qara leylək, çəhrayı qutan, ərsindimdik, qızılqaz və s. quşlar qorunur. Burada məməli heyvanlardan çöl donuzu, qunduz, dovşan, canavar, tülkü, porsuq, qamışlıq pişiyi və s. olur, onlar 10 növə qədərdir. Burada 1800 baş qunduz, 180 baş qamışlıq pişiyi, 70 baş çöl donuzu, 90 baş dovşan qeydə alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, Ağgöldə keçmişdə balıq həm miqdarca, həm də növcə çox zəngin idi, lakin sonradan gölün suyunun şorlaşması və kütləvi ovlanma nəticəsində onun balıqları xeyli azalmışdır. Hazırda burada 12 növ balıq vardır. Onların xeyli hissəsi ov əhəmiyyətli balıqlardır. Burada balıqçılıq vətəgəsi yaradılmışdır