Azərbaycanın faunası. (ardı)>> Azərbaycanın florası.>>Daxil ol
Azərbaycan Respublikası iqliminin müxtəlif çeşidliyi heyvanlar aləminin çox növlülüyünə səbəb olmuşdur. Belə ki, Respublikanın heyvanlar aləmində 96 növ məməlilər, 357 növ quşlar, 54 növ sürünənlər, 10 növ suda-quruda yaşayanlar, 100 növdən çox balıqlar, 17 min növdən çox onurğasızlar mövcuddurlar. Ümumiyyətlə respublika ərazisində heyvanlar aləminin yayılması cürbəcürdür. Azərbaycanın cənubunda Lənkəran və Astara ərazilərinin özünəməxsus heyvanlar aləmi vardır. Ərazi bitki örtüyünün çox zəngiliyi, heyvanlar aləminin isə azlığı ilə fərglənir, lakin keçmişdə bu meşələrdə heyvanlar aləmi zəngin olmuşdur. Bu yerlərdə vaxtilə çoxlu pələngə, bəbirə, Qafqaz maralına, cüyürə, tülküyə, yüzlərlə quş növlərinə rast gəlinirdi. İndi isə bir sıra səbəblər – qanunsuz ovçuluq, meşə təsərrüfatı və kənd təsərrüfatı işlətinin intensiv aparılması nəticəsində onların ekoloji amilləri dəyişmiş, sakitliyi pozulmuş, sayı xeyli azalmış və bə’zilərinin nəsli tamamilə kəsilmişdir. Hirkan tipli meşələrin sərhəd tanımayan canlı sakinlərinin qorunması müasir tələbə uyğun deyildir. Odur ki, həmin heyvanlar xeyli uzaqlara gedir və qanunsuz ovçuluğun qurbanı olur. Deməli, Lənkəran zonasının heyvanlar aləmi, bütün zonada müvafiq təşkilatlar tərəfindən qorunmalıdır. Hazırda Qırmızı kitablara adı düşmüş pələng və bəbir burada yaşamır, kaftar və Ussuri xallı maralı isə yaşayır. Azərbaycanın Qırmızı kitabına adı düşən Talış qırqovulu, hirkan arıquşu qorunur. Qırmızı kitablıarda adlarını oxuduğumuz toğlugötürən, qıvrımlələk qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, laçın, turac kimi quşlara da təsadüf edilir. Burada Qafqaz maralının nəsli 77 il, pələngin nəsli isə 57 il bundan əvvəl kəsilmişdir. Hazırda 18 növ məməli heyvanın və 25 növdən çox oturaq quşun burada yaşaması müvəffəqiyyədir. 1991-ci ilin siyahıya alınmasına görə burada 118 baş xallı maral, 140 çöl donuzu və 40 cüyür olmuşdur. Lənkəran meşələri, eləcə də hirkan meşələri 57 il maralsız qalmışdır. Burada yerli Qafqaz marallarının nəsli kəsiləndən sonra onları Azərbaycan şəraitində iqlimə uyğunlaşdırılmış Ussuri xallı maralları əvəz etmişdir. 1952-ci ildə Uzaq Ussuri meşələrindən Azırbaycana 13 baş xallı maral gətirilərək Altıağac yaxınlığındakı meşədə volyerdə saxlanılırdı. 1970-ci ilə qədər onların sayı 100 başa çatdırılmışdı. Lakin Altıağac meşələri xallı maralların iqlimləşdirilməsi üçün əlverişli olmadı. Ona görə də 1974-cü ildə həmin marallrın 77 başı hirkan meşələrinə gətirildi. Az bir hissəsi isə Altıağac meşələrinə buraxıldı. Hirkan meşələrinə gətirilən marallar isə yaxşı mühafizə olunmuş, yerli iqlim şəraitinə uyğunlaşmış və sayı 14 ildə 50 baş artmışdır. Dişi maralların artma sayı Altıağacdakı volyerdı saxlanılan vaxtdakı artım sür’ətilə hesablanaraq müəyyən edilmişdir ki, 1970-1985-ci illərdə onların sayı 300 başdan çox artmalı idi. Lakin mühitə uyğunlaşma, meşədə sərbəst saxlanması onların normal artımını pozmuşdur. Marallar talalı meşələri daha çox sevirlər, onlar orta qalınlıqlı (20-70 sm) qar örtüklü yerlərdə yaxşı qışlayır, özlərini yemlə tam tə’min edirlər. Xaldoğum dövrü başlayır. Onlar, adətən bir, çox nadir halda isə müəyyən ağacların yarpaqlarını və budaqlarını yeyirlər. Onlar gündüzlər meşələ gizlənib dincəlir, otlamaq üçün açıq talalara səhər, axşam və gecə çıxırlar. Bu heyvanlar 7-10 başdan ibarət dəstə ilə yaşayırlar. Xallı marallar orta böyüklükdədir, yaşlı erkəklərin diri çəkisi 90-150 kq-dır, dişilər isə daha kiçik olur. Yalnız erkəklərdə buynuz vardır. Bu marallar 7,5 ay boğazlıq dövrü keçirir və mayın sonlarında doğum dövrü başlayır. Onlar, adətən bir, çox nadir halda isə ekiz bala verir. Yay zamanı istər erkək, istərsə də dişilərin parlaq kürən rəngi olur. Bu onlara ağ rəng görkəmi verir. Qış zamanı yaşıları qonura çalan boz, bə’zən sarımtıl rəngdə olur, ildə 2 dəfə - yazda və payızda tükünü dəyişirlər. Bu maralların badəninin bel hissəsində və yanlarında açıq rənfli ləkələr – xallar vardır ki, elə onlara “xallı maral” adının verilməsi də bunlarla bağlıdır. Qafqaz maralı artıq bir əsrə yaxındır ki, yox edilmişdir. Təkəyə yalnız Kəpəzin zirvəsi ətrafında tək-tək rast gəlinir. Cüyürlərin də sayı xeyli azalmışdır. Hazırda ərazidə cücüyeyənlərin 6 (adi kirpi, Qafqaz köstəbəyi, Radde qonurdişi, Satunin qonurdişi, su kutoro, ağqarın ağdiş), dovşanabənzərlərin 1 (dovşan), gəmiricilərin 8 (müxtəlif siçanlar və siçovullar), vəhşi heyvanların 8 (tülkü, porsuq, ayı, daş dələsi, meşə pişiyi, gəlincik, samur, vaşap, dırnaqların 3 (təkə, cüyür, Qafqaz maralı), quşların 40-a qədər (bildirçin, meşə göyərçini, adi qurqur, meşə cüllütü tənbəl cüllüt, ağqarın cüllüt, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, meymun, bayquş, qu quşu, qara ağacdələn, zığ-zığ, ali dolaşası, sarıköynək, baltadimdik, meşə torağayı, çil qaratoyuq və s.), sürünənlərin 6 (ilanlar, kərtənkələlər), suda-quruda yaşayanların 3 (müxtəlif qurbaqalar) növü yaşayır. 1990-cı ilin payız mə’lumatına görə burada heyvanlardan dovşan, porsuq, tülkü (325-440 baş), quşlardan isə kəklik (580) daha çoxdur, Qiymətli heyvan sayılan cüyür (42 baş) və təkə (30 baş) azdır, Qafqaz maralının sayı xeyli artaraq 125 başa çatmışdır. Göygöl qoruğunda məskunlaşan heyvanlardan ikisinin – Şərgi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablarda Göygöldə yaşayan və qorunan forel balığının da adı vardır. Burada Qırmızı kitablara adı yazılmış quşlara da təsadüf edilir. Buraya 1961-ci ildə 7 baş nəcib Qafqaz maralı gətirilmiş, əvvəllər volyerdə, sonra isə açıq meşə sahəsində və talalarda saxlamağa başlamışlar. Həmin marallar tezliklə təbii şəraitə uyğunlaşmış, sür’ətlə artmağa başlamışdır. 20-25 % artım qaydası ilə aparılan hesablamalara əsasən 29 il (1962-1990) ərzində burada onların sayı 200-250 başa çatmalı idi, lakin açıq sahədə saxlanıldığı üçün maralların artımı xeyli az olmuşdur. Bu ərazilər həmin maralların keçmişdə sevimli təbii yaşayın yeri idi. Hətta ikinci böyük göl olan Maralgölün adı da xalq tərəfindən onun sahillərində daha çox məskunlaşmış bu nəcib heyvanın şərəfinə adlandırılmışdır. Azərbaycanın bir çox rayonlarının dağ çaylarında təbii olaraq çay forelləri yaşayır. Bunlar ən dadlı və keyfiyyətli olan balıqlardandır. Bundan əlavə, respublikada sün’i balıq yetişdirmə məntəqələrində əlvan forel, poladbaş forel və Göygöl foreli artırılır. Əlvan və poladbaş forelin vətəni Şimali Amerikanın sularıdır. Məhsuldar olduğu üçün oradan Azərbaycana gətirilmiıdir. Göygöl foreli isə yalnız Göygölün sularında yaşayan balıqdır. Respublikanın digər çay forellərindən xeyli fərglənir. Öz mənşəyi e’tibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göygölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Bu müddət ərzində Göygöl forelləri çay forellərinə xas olan bə’zi əlamətləri saxlamış, kürüvermə qabiliyyətləri, böyümə intensivliyi və s. Artmasına görə isə onlardan fərglənmilər. Göygöl forellərinin uzunluğu 50 sm-ə, kütləsi 1,5 kq-a qədər olur. 10-12 ilə qədər yaşayır. Hər bir dişi balıq ildə 500-2500 ədəd kürü verə bilir. 1975-1976-çı illərdə Göygöl forellərinin sün’i yolla artırılmasının üsulları işlənib hazırlanmışdır. Göygöl forelləri ilk yaşlarında zəif, sonrakı illərdə isə sür’ətlə böyüyür. Bu cəhətdən o, gələcəkdə respublikanın forel təsərrüfatlarında yetişdirmək üçün, eləcə də dağ göllərinə, su anbarlarına buraxmaq üçün ən əlverişli balıq növü ola bilər.
Böyük Qafqazın cənubunda Balakən və Zaqatala rayonlarının ərazisində heyvanlar aləminin cüt dırnaqlılar (5 növ), yırtıcılar (11 növ), gəmiricilər (10 növ), Həşəratyeyənlər (5 növ) kimi dəstələrinin nümayəndələri vardır. Heyvanlar dəstə və növcə az olsalar da sayca çoxdurlar. Təkcə bunu qeyd etmək kifayətdir ki, ərazidə cütdırnaqlı heyvanların sıxlığı hər min hektarda 300 başdan artıqdır. Burada heyvanlar aləminin yayılmasında da şaquli qurşaqlıq müşahidə olunur. Hazırda əsasən 5 növ ov heyvanı yaşayır Şərqi-Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, çöl donuzu. Təkə sürüləri yaz-yay fəsillərində başlıca olaraq, subalp və alp çəmənlərinin əlçatmaz qayalı, uçurumlu yamaclarında yaşayır. Qarlı, şaxtalı qış aylarında onlar 700-800 m yüksəliyü qədər enərək mülayim iqlimli meşə qurşağında dolanır. Bura gələn hər bir kəs böyük təkə sürülərinin (100 – 150 baş) yaşıl alp çəmənliklərində otladıqlarını uzaqdan asanlıqla müşahidə edə bilər. Qafqazın başqa ərazilərinə nisbətən burada təkə sürüləri daha çoxdur, hətta bə’zən 200-300 başdan çox erkək təkə sürüsünə rast gəlinir. Riçuq sahəsində və Saltəkçay dərəsində ana və bala təkələrdən ibarət bir sürüdə 120-160 baş heyvan müəyyən edilmiıdir. Onların ümumi sayı 1990-cı ildə 3800 başdan çox olmuşdur. Şərgi Qafqaz təkəsinə bə’zi rayonlarda dağ keçisi, dağ kəli, sadəcə olaraq təkə də deyirlər. Təkə cütdırnaqlı gövşəyən heyvanlara aid olub, vəhşi halda yaşayan keçilərin iri formasıdır. Yaşlı erkək təkələrin diri çəkisi 80-90, dişilərin diri çəkisi isə 50-60 kq olur. Yaşlı erkəklər və dişilər ayrı-ayrı sürülər yaradır, cütləşmə vaxtı iri erkək sürülər parçalanıb, dişi sürülərlə birləşir. Mayın ortalarından iyunun ortalarına qədər doğum dövrüdür. Yeni doğulmuş balanın 5-6 kq çəkisi olur. Onlar 20-22 ilədək yaşaya bilər. Azərbaycanda təkə əsasən B.Qafqazın dağ-çəmən qurşağında məskunlaşmışdır. Onlar 1000-3500 m hündürlükdə yaşayır. Meşə qurşağının qayalı, uçurumlu sahələrində onların sürüsünə rast gəlinir. Təkələr yay zamanı milçəklərdən uzaqlaımaq üçün alp, subnival qurşağa qədər qalxır, qışda yemlə əlaqədar olaraq, meşə qurşağına düşür. Ümumiyyətlə, subalp dağ-çəmən və meşə-çəmən qurşaqları onlar üçün optimal yaşayış yeri hesab edilir. Respublika Ovçular və Balıqovlayanlar Cəmiyyəti İttifagı müstəsna hallarda iyunun 15-dən oktyabrın 1-nə qədər yalnız yaşlı erkək təkələrin ovlanmasına icazə verir. Qalan hallarda icazəsiz vurulan hər bir təkə üçün cərimə olunur. Ərazinin heyvanlar aləmində miqdar e’tibarilə ikinci yeri nəcim Qafqaz maralı tutur. Yaz və yay aylarında maralların sevimli yeri yuxarı meşə qurşağı və subalp çəmənlikləridir. Bə’zən onlar alp çəmənliyinə də qalxır. Payız-qış aylarında marallar mülayim iqlimli orta və aşağı dağ-meşə yarımqurşaqlarına enir. Subalp çəmənliklərində otlayan sürüsündə 30 başa qədər heyvan saymaq mümkündür. Müstəsna hallarda ana və bala maral sürülərinə də rast gəlinir. Maralların sayı 1990-cı ildə 600 başa qədər olmuşdur. Maralları sayı 15 il ərzində (1971-1985-ci illər) 806-1047 baş arasənda olmuşdur. Onların sayı 1977-ci ildə maksimuma çatmışdır. Burada 20 % artım hesabı ilə 1985-ci ildə 1800-2000 başdan çox maral olmalı idi. Təbii artımın az olması görünür maralların kənarlara yayılması eləcə də müvafiq biotexniki tədbirlərin lazımi səviyyədə görülməməsi ilə əlaqədardır. Ov heyvanlarından sayına görə üçüncü yeri Qafqaz köpkəri tutur. Onlar meşə, alp və subalp qurşaqlarında yaşayır, yay mövsümündə subalp qurşaqında və meşə kənarlarında, qış fəslində isə əsasən meşə qurşağında görünür. Azərbaycanda əvəllər köpkərlərin azalması müşahidə edilirdisə, son illərdə düzgün mühafizə nəticəsində onların sayı xeyli artaraq 350 başa çatmışdır. Köpgərlər, adətən, tək-tək və bə’zən də kiçik sürü ilə otlayır; 5-20 baş, nadir hallarda isə 40-45 başa qədər olan köpgər sürülərinə təsadüf edilir. Avropa cüyürləri əsasən aşağı və orta dağ-meşə yarımqurşaqlarında məskunlaşmışdır. Ərazində onların sayı nisbətən az olub, təxminən 140 başa çatır. Bütün meşə sahələrində və subalp çəmənliyində çoxlu çöl donuzu da vardır. Burada 280 başdan çox çöl donuzu qeydə alınmışdır. Burada vəhşi heyvanlar da çoxdur. Burada Qafqaz qonur ayısına, canavara və s. Tez-tez təsadüf edilir. Burada canavarlar tez-tez cütdırnaqlı heyvanlara, xüsusilə marallara, qabanlara və cüyürlərə hücum edir. Buna görə də qoruqun işçiləri canavara qarşı bütün il boyu mübarizə aparmalıdırlar. Qonur ayılar yabanı meyvə ağaclarına ciddi ziyan vurur. Adətən, vəhşi dırnaqlılar üzərinə hücum etmir, ancaq bə’zən canavarların ələ keçirdiyi ov qənimətini onlardan qopara bilir. Ərazidə onların sayı kifayət qədirdir (70 baş). Meşə və daş dələləri burada daha çox yayılmışdır, arabir vaşaqa da rast gəlinir. Zaqatala və sairə ərazisində quşlar da çoxdur. Burada sərçəkimilər dəstəsinin 59, yırtıcı quşların 15, ağacdələngimilərin 6, toyuqkimilərin və bayquşkimilərin hər birinin 4, göyərçinkimilərin 3, ququ quşukimilərin, hop-hopların, keçisağankimilərin və göycəqarğakimilərin hər birini 1 növü məskunlaşmışdır. Buradakı quşlardan toyuqkimilər fəsiləsinə mənsub olan, ərazi üçün endem sayılan iki quş – Qafqaz uları və Qafqaz tetrası daha çox diqqəti cəlb edir. Bu quşlar alp, subalp və çəmən-meşə qurşaqlarında yaşayır. Daşlı, qayalı və uçurumlu yamaclarda kəklik dəstələrinə tez-tez rast gəlinir. Burada çəmən anqutu, buynuzlu torağay bildirçin göyərçin, alabaxta və s. Qiymətli və gözəl quşlar vardır. Zaqatala rayonunun ərazisində yaşayan heyvan və quşlardan təkə, qonur ayı, kəpgər muflon, Qafqaz tetrası və Qafqaz ularının adı Qırmızı kitablara yazılmışdır. Böyük Qafqazın Cənubunda Qax rayonunun ərazisində 5 dəstəyə aid olan 35 növ məməlilər yaşayır. Bunlar dırnaqlııar (nəcim maral, cüyür, köpgər, təkə və çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş bə meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar və s.) ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü məskunlaşmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələrə, 3-ü təlxələrə, 1-i ilanlara, 1-i isə koramallara aiddir. Çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərg qışovçusu, kür şirbiyi və kür xramulyası yalnız Kurmuxçayın aşağı sərhədindəki hissəsində məskunlaşmışdır. Burada suda-quruda yaşayınların 5 (qurbaqalar) növü yayılmışdır. Böyük Qafqazının cənubunda İsmayıllı rayonun ərazisində başlıca məqsədlərdən buradakı heyvanlar aləminin qorunması və artırılmasını tə’min etməkdir. Ərazinin mövcud təbiət komplksi və hazırkı heyvanlar aləmi buna tam əsas verir. Burada cüyür, çöl donuzu, köpgər, təkə, maral,ayı, canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, yenot, porsuq, dovşan, dələ və s. Heyvanlar, qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn və s. quşlar vardır. Ov əhəmiyyətli heyvanlardan çöl donuzu, yenot, dələ, ayı, quşlardan isə qıeqovul daha çoxdur. Burada Qırmızı kitablara adı düşən qonur ayı, turac, köpgər və s. heyvan və quşlar qorunur. Buradakı heyvanlar və quşlar bioloji xüsusiyyətlərindən, ərazinin hündürlüyündən, iqlim şəraitindən və meşənin əlamətlərindən asılı olaraq, qoruq ərazisində qeyri-bərabər yayılmışdır. Onların yerləşməsində müəyyən şaquli qanunauyğunluq da müşahidə olunur: təkə yalnız yuxarı dağ-meşə yarımqurşaqlarında, köpgər əsasən yuxarı və orta, qismən də aşağı dağ-meşə yarımqurşaqlarında, maral, çöl donuzu, ayı bütün dağ-meşə qurşağında, cüyür yayda yuxarı, qışda aşağı dağ-meşə yarımqurşaqlarında daha çox məskullaşır. 1990-cı ildə aparılan siyahıya almaya görə İsmayıllı rayonun ərazisində 150 baş cüyür, 210 baş çöl donuzu, 54 baş təkə, 180 baş maral, 130 baş köpgər və s. Heyvanlar vardır. Quşlardan kəkliklərin də sayı xeyli çoxdur (90-dan artıq); lakin qırqovullar çox azdır(10-a qədər), ona görə də Əyricə qırqovul yetişdirmə məntəqəsinin hesabına burada qırqovulların sayına artırmaq lazımdır.
Zəngin ot və kol bitkiləri yarusu olan sıx və yüksək məhsuldar meşələr, yüksək otlu subalp çəmənliyi burada heyvan və quşların müxtəlif növlərinin məskunlaşmasına səbəb olmuşdur. Hazırda burada cüyür, çöl donuzu, təkə, qonur ayı, vaşaq, tülkü, porsuq, çaqqal, dovşan, dələ, canavar və s. heyvanlar, qırgovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa və s. quşlar vardır. Onlara qoruğun bütün ərazilərində rast gəlinir, lakin cüyür, ayı orta və yuxarı dağ-meşə yarımqurşaqlarında nisbətən çoxdur. Buraya hər il tək-tək maral, çoxlu qaranquş və sığırçın da “qonaq” gəlirlər. Bu quş və heyvanların sayı və sıxlığı ərazidə çox deyildir. 1990-cı ilin payızında müəyyən edilmişdir ki, ərazidə 70-ə qədər çöl donuzu, 42 cüyür, 4 köpgər, 16 qonur ayı vardır. Cüyür və qırqovulun sayı onların optimal normasından xeyli azdır. Burada Qırmızı kitablara adı düşən heyvanlardan qonur ayı, köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur. Azərbaycan təbiətinin canlı incilərindən biri də cüyürdür. O Avropanın xeyli hissəsində, Asiyanın qərbində, Qafqazda, Orta Asiyada, cənubi Sibirin dağlarında, Monqolustanda, Uzaq Şərqdə məskunlaşmışdır. Vaxtilə Azərbaycan Ərazisində olan bütün meşələrdə və kolluqlarda bu heyvana rast gəlinirdi. Hətta Kür çayı sahilindəki meşələrdə də geniş yayılmışdı. İndi Kür-Araz ovalığında cüyürün kökü çoxdan kəsilmişdir. Hazırda yalnız B.Qafqaz, K.Qafqaz və Lənkəran dağlarındakı meşələrdə cüyürə rast gəlinir. Kürətrafı tuqay meşələrində müxtəlif məməlilər, sürünənlər, suda-quruda yaşayanlar, quşlar, Kür suyunda isə balıqlar yaşayır. Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. heyvanlar məskunlaşmışdir. Nəcim Qafqaz maralı düzənlik ərazidə yalnız Qarayazı meşələrində, dağlıq regionlarda isə B.Qafqazın cənub yamacında və K.Qafqazda qorunur. B.Qafqazın cənub yamacında qorunmayan ərazilərdə də marallar məskunlaşır. Son mə’lumata görə bütün qorunan ərazilərdə 1300 başdan artıq maral vardır. Bura daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn , sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də vardır. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır. Kür və Araz ovalığında xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır. Buradakı göldə və Xəzərin sahillərində 65 növə qədər quş yaşayır. Çala göldə və kanallarda yaşayan 12 növ balıq vardır. Burada ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Ərazidə oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızıl baş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Burada çöl donuzunun sayı 240, canavar 8, tülkü 25, çaqqal 15, qamışlıq pişiyi isə 30 başa çatmışdır. Burada Azərbaycanin Qırmızı kitabına düşmüş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri və oturaq quşlar mühafizə olunur. Burada 1.31 min baş müxtəlif qaz, 12 min baş qaşqaldaq, 6,3 min baş sultan toyuğu, 1,8 min baş bəzgək, 1,63 min baş qu quşü vardır. Ceyran məməli heyvanların cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsindədir. Çəkisi 35 kq-a qədərdir. Bədəninin uzunluğu 95-115, hündürlüyü isə 60-75 sm-ə çatır. Çox çevik və oynaq heyvandır, saatda 50-60 km sür’ətlə qaça bilir. Dekabrın ortalarından başlayaraq hövrə gəlir, 5 ay boğazlıq dövründən sonra (mayda) 1-2 bala doğur. İldə iki dəfə - yazda (mart) və payızda (oktyabr) tükünü tüləyir. Ceyran dünyada az yayılmış heyvandır. Onun məskəni Zaqafqaziya, Ön Asiya, Orta Aziya, Qazaxıstan və Mərkəzi Asiyadır. Azərbaycan ceyranın daha çox yaşadığı ərazi olmuşdur, lakin insan fəaliyyəti onların dincliyini pozmuş, nəslini azaltmışdır. Böyük Qızılağac və Kiçik Qızılağac körfəzlərinin ərazilərində məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların, həşəratların, balıqların bir çox növləri yaşayır. Burada yırtıcı heyvanlardan canavar, tülkü, çaqqal, qamışlıq pişiyi, porsuq, Qafqaz gəlinciyi məskən salmışdır. Qamışlıq pişiyi, çaqqal və tülkü quşları xeyli məhv edir. Sürünənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. təsadüf edilir. Cücüyeyənlərdən uzunquyruq ağdiş və Zaqafqaziya kirpisi vardır. Gəmiricilərdən Zaqafqaziya dovşanına, siçanlara, siçovullara təsadüf edilir. Suda-quruda yaşayanlardan isə müxtəlif növ qurbağalar yaşayır. Su heyvanlarından Böyük Qızılağac körfəzində Xəzər süitisi vardır. Bə’zən 10 başdan ibarət olan suiti sürülərinə də rast gəlinir. Burada 30 növdən artıq balıq qeydə alımışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə qunduz iqlimə yaxşı uyğunlaşır. İqlimə uyğunlaşdırmaq üçün ilk dəfə 1931-1932-ci illərdə buraya 80 baş qunduz buraxılmışdır; onlar tezliklə xeyli artmışdır. Lakin 1935-ci ilin sərt qışı az qala onları tamamilə məhv etmişdir. 1959-cu ildən yenidən Kiçik Qızılağac körfəzinin şimal-şərq hissəsinə 396 qunduz buraxılmışdır. 1960-1961-ci ilin ov mövsümündə burada 2 min qunduz ovlanmışdır. Qunduz həmin ərazi üçün perspektivli təsərrüfat heyvanıdır.Ağcabədi və Beyləqan rayonlarında köçəri və yerli quşların, heyvanların çox məskunlaşdığı su sahələrindən biridir. Buradakı göldə və onun ətrafinda 13 dəstədə, 140 növdən artıq quş məskunlaşmışdır. 87 növ quş yumurta qoyub bala verir, 500 minə qədər quş ancaq qışlayır. Burada boz, qızıl, qaşqa və qırmızıdöş qazlar, harayçı və fısıldayan qu quşları, yaşılbaş, bizquyruq, ala, qırmızı, kəkilli qara və boz ördəklər, fitçi və mərmər cürələr, enliburun, marek, qırmızıdimdik, qızılbaş, ağgöz dalğıclar, qaşqaldaq, sultan toyuğu, böyük su fərəsi, ərsindimdik, qaravay, böyük ağ, kiçik ağ, boz, sarı və Misir vağları, qarıldaq, əyridimdik, böyük və kiçik qarabatdaqlar, qıvrımlələk qutan, bizdimdik, çökükburun, bəzgək, çobanaldadan və s. quşlar yaşayır. Burada belibağlılar (bataqlıq, tarla və çəm
ən), ağquyruq, qartallar (dəniz və çöl), yırtıcı quşlar (bildirçinqanan və s._ da vardır, burada 33.6 min çay , 10 min dalğıc ördəkləri, 5.8 min qaz, 52 min qaşqaldaq, 16 min sultan toyuğu və s. quşlar yaşayırdı. Ərazidə adı Azərbaycanın Qırmızı kitabına düşmüş sultan toyuğu, bəzgək, qara leylək, çəhrayı qutan, ərsindimdik, qızılqaz və s. quşlar qorunur. Burada məməli heyvanlardan çöl donuzu, qunduz, dovşan, canavar, tülkü, porsuq, qamışlıq pişiyi və s. olur, onlar 10 növə qədərdir. Burada 1800 baş qunduz, 180 baş qamışlıq pişiyi, 70 baş çöl donuzu, 90 baş dovşan qeydə alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, Ağgöldə keçmişdə balıq həm miqdarca, həm də növcə çox zəngin idi, lakin sonradan gölün suyunun şorlaşması və kütləvi ovlanma nəticəsində onun balıqları xeyli azalmışdır. Hazırda burada 12 növ balıq vardır. Onların xeyli hissəsi ov əhəmiyyətli balıqlardır. Burada balıqçılıq vətəgəsi yaradılmışdır