Bilirsinizmi?
1.Bir buqelemunun dili, bədəninin iki qatı uzunluğundadır.
 2.Qalxan balıqları balaykən dişidir ancaq 5 yaşına gəldiklərində bir çoxu erkəyə çevrilir.
 3.Dünyanın ən böyük yumurtası köpəkbalığınındır.
 4. Tarakanın başı kəsildikdən sonra 9 gün yaşayır.
 5.İlbizlər yemək yemədən üç il yata bilrlər.
 6.Hind toyuqları yağışda başlarını havaya qaldırar.
 7.Gunesh yerden 149 milyon 600 km mesafededir. Hecmi yerden 1300 defe boyukdur.
 8. Bir milceyin sürəti saatda 8 km - dir.
 9. Dunyada 2000 -ə yaxin xalq ve 3000 -e yaxin dil var.
 10. Tarix boyu edilen muharibələrin en uzunu Ingiltərə ile Fransa arasinda olmushdur,,bu muharibe 115 il (1338 - 1453 ) davam etmişdir.
 11) Dəvədəlləyi həşəratı başını arxaya döndərə bilən yeganə həşəratdır
 12) Bəzi diş pastalarının tərkibinə antifriz qatılır
 13) Dünyada ən çox koka-kolanı islandiya əhalisi içir
 14) Amerikalıların cəmi 55%-i bilir ki, günəş ulduzdur
 15) Qayçını Do Vinçi ixtira edib
 16) Əgər Çin əhalisi 2 metr hündürlükdən yerə tullansaydı, yer üzündə 2 bal gücündə zəlzələ baş verərdi
 17) Arının 2 qarnı var, biri bal üçün biri də yemək üçün
 18) Panqa ayı yox, yenotdur
 19) Kazinolarda şəffaf pəncərələr olmur
 20) Venera planetı yeganə planetdir ki, saat əqrəbinin əksi istiqamətində dövr edir
 21) Bütün Amerikanın prezidentləri eynək taxırdılar, sadəcə bunu göstərmək istəmirdilər
 22) İnəyi pilləkənlə qalxızmaq olar, lakin düşürtmək yox
 23) 2 milyondan bir insan 110 yaşa çata bilər
 24) İlbizlər 3 il yata bilirlər
 25) Alışqan Kibritdən öncə ixtira olunub
 26) Avstraliyada dovşanlarn sayı Çin əhalisindən çoxdur
 27) İnsan ağzında 40 000 yaxın bakteriya var
 28) Delfinlər bir gözü açıq yatır
 29) Tarantula hörümçəkləri 2.5 il aç qala bilər.
 30) Antraktidadan vertolyot uçuşları qadağandır.
 32.Bir siçanın sperması, filin spermasından uzundur.
 33.Balinalar geri- geri üzə bilmirlər.
 34.Dünyadakı bütün qarışqaların ağırlığı, bütün insanların ağırlığının 10 qatıdır.
 35.Aslanlar bir gündə 50 dəfə sevişə bilərlər.
 36.Atların insanlardan 18 dənə çox sümüyü vardır.
 37.Bayquş mavi rəngi görə bilən tək quşdur
 38.Fillər tullana bilməyən tək məməlidir.
 39.Hamamböcəkləri təxminən 250 milyon ildir yaşadıqları halda heç bir dəyişməyə uğramamışlar.
 40.Kərkədanlar insandan daha sürətli qaçır.
 41.Kenqurular geri geri gedə bilmirlər.
 42.Pişiklər ultrason səslərini eşidirlər.
 43.Pişiklərin beynində 32 ədəd əzələ vardır.
 44.Kəpənəklər ayaqlarıyla dad götürərlər.
 45.Köpəklərin tər vəzləri ayaqlarındadır.
 46.Qütb ayıları solaxaydır.
 47.Dünyada insan başına düşən qarışqa sayı bir milyondur.
 48.Dünyanın bir nömrəli donuz istehsalçısı və istehlakçısı cinlilərdir
 49.Bir dəvəquşunun gözü beynindən böyükdür
 50.Bir hamamböceği başı qopduqdan sonra aclıqdan ölmədən doqquz gün yaşaya bilir.

 

 

 

“Ginnes rekordlar kitabı”ndan
Dünyanın məhşur rekordlar toplusu olan “Ginnes rekordlar kitabı”nı kanadalı iş adamı rekord qiymətə satın alıb. Bu dəfə kitabın satışı “Ginnesin rekordlar kitabı”na düşüb. Kitab, “Jim Pattison” şirkətlər qrupunun sahibi olan kanadalı milyarder tərəfindən alınıb. Şirkət rəsmiləri kitab üçün verdikləri qiymət təklifini açıqlamasalar da İngiltərə mətbuatı bu məbləğin 60 milyon sterlinq (təxminən 100 milyon manat) olduğunu bildirib.
Ginnes rekordlar kitabının mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır. Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib. Reytinq cədvəlində ikinci yeri Mao Tszedunun çıxışları əsasında hazırlanmış sitatlar kitabı tutur. Bu kitab 900 milyon nüsxə nəşr olunub. C. R. Tolkinen “Üzüklərin hökmdarı” əsəri siyahıda üçüncü yeri tutsa da, bu əsərin hansı tirajla çap olunduğu açıqlanmır. Ginnes mütəxəssisləri reytinq cədvəlini hazırlayarkən müqəddəs Quranın tiraj göstəricilərini nəzərə almayıblar, buna səbəb İslamın müqəddəs kitabının ümumi tirajı haqqında dəqiq məlumatların olmamağıdır. Reytinq cədvəlində növbəti yerləri Noy Vebsterin “Amerika hüsnxət sorğu kitabı” (“American Spelling Book”) – 100 milyon nüsxə, Ginnesin rekordlar kitabı – 100 milyon nüsxə, “Ümumdünya illik almanaxı” (World Almanac) – 80 milyon nüsxə, Uilyam Holmsun “Makqaffi uşaq oxu antologiyası” (McGuffey Readers) – 60 milyon nüsxə, Bencamin Spokun “Uşağa qulluq qaydalarının əsasları” – 50 milyon nüsxə - kitabı tutur. Den Braunun bütün dünyada qalmaqala səbəb olmuş “Da Vinçi kodu” əsəri 43 milyon tirajla ən populyar kitablar siyahısında 9-cu yerdədir. Siyahını 40 milyon tirajla Elbert Xabbardın “Qarsiyaya məktub” əsəri tutur. Ginnes mütəxəssislərinin bu siyahını hansı prinsiplər əsasında hazırlaması məlum deyil. Məsələn, Harri Potter seriyasından olan kitabların müəllifi Coanna Roulinqin adı və əsərləri reytinq siyahısına daxil edilməyib. Coanna Roulinqin bu seriyadan son kitabı satış həcminə və sürətinə görə dünya rekordu müəyyənləşdirib. Satışa çıxarıldıqdan keçən 24 saat ərzində ABŞ və Böyük Britaniyada bu kitabın 9 milyon nüsxəsi satılıb, bundan əlavə nəşriyyat internet mağazalar vasitəsilə 1 milyon nüsxə sifariş alıb. Tələbatın artdığını nəzərə alan “Sxoalastik” nəşriyyatı Qarri Porter seriyasından son kitabın tirajını 10.8 milyon nüsxədən 13.5 milyon nüsxəyədək artırmalı olublar. Ümumilikdə isə sehrbazlar məktəbinin şagirdi olan Harri Potter haqqında kitabların ümumi tirajı 250 milyon nüsxədən artıqdır. Bu əsərlər 60 dilə tərcümə olunaraq 200-dən artıq ölkədə nəşr olunub. Antuan Sent de-Ekzüperinin “Balaca şahzadə” əsəri isə 500 dəfədən artıq təkrarən nəşr olunub. 180 dilə tərcümə edilmiş bu əsərin ümumi tirajı 80 milyon nüsxəyə yaxındır. Fransada 100 ən populyar kitab reytinqində “Balaca şahzadə” əsəri üçüncü yeri tutur.

_____________________________________